Təxribatlar davam etsə, Azərbaycan Ermənistana çox ağır cavablar verəcək - DEPUTAT AÇIQLADI
“Əlbəttə cənab Prezident İlham Əliyev Ağdam səfərində çox ciddi mesajlar verdi. Ali Baş Komandan vurğuladı ki, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, təəssüflə qeyd etmək lazımdır ki, bu gün biz ermənilərin təxribatlar törətdiyinin şahidiyik: “Bütün bunlarla bağlı cənab Prezident İlham Əliyev ciddi xəbərdarlıq etdi. Ermənistan konkret olaraq mövqeyini bildirməlidir. Əgər, Ermənistan sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Bu baxımdan da Azərbaycanın bu mövqeyini Ermənistan nəzərə almalıdır. Nəticə etibarilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Əgər, Ermənistan tərəfinin bu təxribatları davam etsə, Azərbaycan Ermənistana çox ağır cavablar verəcək”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB