YAP Daşkəsən rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR
15-16 fevral 2022-ci il tarixlərdə Mədəniyyət İşçiləri, Uşaq Yaradıcılıq Mərkəzi, Əli İsmayılov adına, Quşçu, Zəylik və Çovdar ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Keçirilən yığıncaqların hər birində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.
Yığıncaqlarda ötən dövrü əhatə edən hesabatlar dinlənildi. Eyni zamanda, partiyamızın yeni qəbul olunmuş Proqram və Nizamnaməsi, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı.
Yığıncaq iştirakçıları torpaqlarımızın işğaldan azad olunmasına görə Ali Baş Komandanımıza minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Yığıncaqlarda ərazi partiya təşkilatlarının yeni sədrləri və müavinləri seçildi. YAP rayon təşkilatının sədri və aparatın məsul işçiləri yığıncaqlarda iştirak etdi. Bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB