Sülhməramlı, yoxsa başqa məramlı? - ANALİZ

Sülhməramlı, yoxsa başqa məramlı? - ANALİZ

44 günlük müharibəni Azərbaycan Vətən müharibəsi adlandırır. Çünki Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilər minlərlə Azərbaycan oğullarının qanı bahasına azad edildi. Vətənimizin bir parçası yağı düşməndən, erməni vandalizmindən xilas oldu. Bu müharibədə vətənə xəyanət edənlərə, cinayət əməli törədənlərə, qanunsuz silah və silahlı birləşmələrin yaradılması kimi dövlətə xəyanət maddələri ilə ittiham olunanlara, beynəlxalq terrorizmə qarşı antiterror əməliyyatı da var idi. Amma bu müharibənin adı Vətən müharibəsidir.

Dünya erməniləri Çar Rusiyası zəif düşəndə, parçalanma dövrünü yaşayanda xristian qardaşları ilə razılığa gəlib heç vaxt mövcud olmayan və həm də Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma dövlət yaratdılar. Yeni tərtib olunmuş SSRİ adlı və proletariatın, fəhlə sinfinin içindən çıxmış diktatorların hakim olduğu dövlətin 1990-cı illərdə tənəzzülü zamanı isə ermənilər bir az da iştahlanıb yeni torpaqlar ələ keçirməyə qalxdılar və bunu müəyyən dövr üçün bacardılar. Yəni 30 il barbarcasına ələ keçirdikləri Azərbaycan ərazilərini əvvəlcə Ermənistana birləşdirmək üçün guya hüquqi prosedurlar – referendum və bunu parlamentdə ratifikasiya olunması kimi qanunsuz sənədlər hazırlasalar da qondarma qurumu – “dövləti” – “Dağlıq Qarabağ” respublikasını nəinki dünya dövlətləri, heç özləri də tanıya bilmədilər. “Millətçilər” asıb-kəssələr də, dünya ölkələrinə, beynəlxalq təşkilatlara müxtəlif ölçülü, məzmunlu məktublar ünvanlasalar da kimsə onların bu qanunsuzluqlarına şərik olmaq istəmədi.

1990-cı ildən 2018-ci ilə qədər Ermənistanı 3 prezident idarə etdi, hər üçü də Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-mümkün olduğunu anlayınca kreslolarını xələflərinə ötürməklə sanki, məsuliyyətdən canlarını qurtarırmış kimi rahat nəfəs aldılar. Bir məsələni də qeyd etmək yerinə düşər ki, Ermənistanın rəhbərləri Azərbaycanla apardıqları danışıqlarda özlərini tərəf kimi yox, vasitəçi, təmsilçi kimi təqdim etməyə çalışırdılar. Danışıqların vaxtını uzatmaq və ölkəmizi bu danışıqlarda dalana dirəmək üçün Qarabağdakı separatçıları münaqişə tərəfi kimi qabağa vermək istəyirdilər. Hətta danışıqlar masasında çıxılmaz duruma düşən kimi bəzi məsələlərin Ermənistanla deyil, “Dağlıq Qarabağ”la müzakirə olunmasının vacibliyini söyləyərək yaxalarını kənara çəkirdilər. Azərbaycan tərəfi isə kiminlə danışıq apardığının fərqində idi. Qarabağı Azərbaycandan qoparmaq istəyənin də, işğal olunmuş ərazilərdə hərbi xidmət aparan, 600 kilometrdən çox uzunluğu olan təmas xəttində yerləşdirilən müxtəlif növ ağır silahların – təyyarələrin, helikopterin, uzaqvuran topların, raketlərin, 40 mindən çox hərbi qulluqçunun sahibinin də yenə Ermənistan olduğu dəqiq bilirdi. Adını nə qoyursa-qoysun, Ermənistan bu müharibədə tərəf idi. Dağlıq Qarabağda haradan idi bu qədər vəsait ki, milyardlarla dollar qiyməti olan silah-sursat alsın, hərbçi saxlasın, üstəlik də bir dövlətə qarşı müharibə aparsın və 20 faiz torpaq ələ keçirsin? Bu, əlbəttə, tamamilə absurd, ermənilərin yalanı idi.

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenkonun dediyi kimi, nüvə başlığı daşımaq qabiliyyəti olan ballistik raket separatçılarda ola bilərdimi? Belə raketləri terrorçulara hansı dövlət satmağa cürət edərdi? Bu onu göstərir ki, müharibə Ermənistan ərazisində getməsə də, tərəf Ermənistan idi. Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq istəyənlər erməni lobbisinin puluna və xristian qardaşlığına güvənib bu çirkin oyuna bulaşmışdılar.

Amma həmin mərkəzlər və güclər Azərbaycanın reaksiyasının bu qədər kəskin olacağını, həm hərb, həm də diplomatik meydanda səbrlə, təmkinlə davranacağını, azərbaycanlıların bu qədər monolit olacaqlarını, Ali Baş Komandanın bir çağırışı ilə dəmir yumruq kimi birləşəcəklərini təxmin etməmişdilər. Bu birlik ermənilərin planında, tərtibində nəzərə alınmayan, hesablanmayan ən böyük amil, bizim də üstünlüyümüz idi...

Dünən özünü separatçıların, Qarabağda qalan erməni tör-töküntülərinin “xarici işlər naziri” adlandıran David Babayan adlı bir ikiayaqlı Brüsseldə erməni diasporunun nümayəndələri ilə görüşündə “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikrini ərz edib. Əlbəttə bu, erməni riyakarlığınının, nihilizminin növbəti təzahürüdür. Əslində, Babayandan heç kim Azərbaycanın xeyirinə danışacağını da gözləmirdi. Əvvəla, separatçıların “baş diplomatı” Brüsselə heç də “Qarabağdakı ermənilərin dərdinə əlac” qılmağa, digər siyasi məsələləri həll etməyə deyil, yumşaq desək para toplamağa getmişdi. Yoxsa, işğalçı millətin nümayəndəsini, patriot olmayan bir erməni gədəsini Qarabağda hansı qüvvə saxlaya bilər? Əlbəttə pul, xristian dünyasından axan dollar. Ona görə də əziyyət çəkib Babayanın Avropanın göbəyinə səfərini başqa yerə yozmayın, onun dərdi puldur. Arayik onu Brüsselə ona görə göndərib ki, o, burada yaşayan ermənilərdən toplanacaq pulların həqiqətən Qarabağda müəyyən işlərin görülməsi üçün sərf ediləcəyinə inandıra bilsin. Amma avropalı ermənilərin baxışlarında da hiss olunur ki, bundan əvvəlki prezidentlərin, separatlı ələbaşıların onlardan müəyyən adlar altında aldıqları pullar heç də sadə ermənilərin problemlərinin həllinə, sosial layihələrin icrasına yönəldilməyib, əksinə dünyanın müxtəlif meqapolislərində dəbdəbəli restoran və otellərin, qumarxanaların tikintisinə sərf edilib.

David Babayanın səfəri deyəsən məhsuldar olub. Ən azında şəxsi məsələlərinin həlli üçün kifayət qədər para əldə edə bilib. Çünki oradan gələndən sonra yarımçıq və perspektivsiz işlərinin həyata keçməsi üçün yeni üsullara, variantlara əl atıb. Məsələn, “parlamentdə” daşa dirənən bəzi məsələlərin, “qanunlar”ın yenidən müzakiyəyə çıxarılmasını təklif edib. Bu, hansı qanundur, bilirsinizmi? Guya “Azərbaycanın işğal etdiyi ərazilər” məsələsi. Halbuki, Ermənistan hakimiyyəti belə öz torpaqlarını işğaldan azad etdi deyə, Azərbaycana bir kəlmə də etiraz edə bilmir. Çünki Ermənistan, yaxşı-pis, ağ-qara, biz istəsək də, istəməsək də dünya ölkələri tərəfindən tanınan dövlətdir. Onun hər bəyanatı, məsələyə münasibəti bir çərçivə daxilində olmalıdır. Ona görə də rəsmi İrəvan danışıqlarında bu çərçivəni qorumağa çalışır. Və bundan başqa bilir ki, fərqli münasibət, fərqli fikir ona baha başa gələ bilər. Ona görə də Azərbaycanın mənfi reaksiyasından ehtiyat edərək bu müzakirənin separatçılar tərəfindən aparılmasını, üstəlik də Ermənistanın ona dəstək olmasını yolverilməz hesab edir və bunun üçün əlindən gələni edib. Amma separatçılar məsələni yenidən gündəmə gətirir. Təbii ki, qanunsuz qurumun verdiyi qərar da kimsə tərəfindən tanınmayacaq. Məsələ burasındadır ki, separatçılar Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan layihələrə investisiya qoyan şirkətlərə “xəbərdarlıq” göndərib. Əlbəttə, bu mənzərə kaftar itin hürməyinə bənzəyir. Ö itin kimisə dişləmək imkanı olmadığı kimi, separatçı rejimin çıxardığı qanun da dişsiz olacaq, kağız parçası kimi zibil yeşiyinə atılacaq.

Gələk, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına. Üç ölkə arasında imzalanmış bəyannamənin bir bəndinə əsaslanıb Rusiya sülhməramlılarını Qarabağa buraxmışıq ki, uzun müddət işğalçı rejimin, separatçıların yanlış ideologiyasınının təsiri altına düşmüş zavallı ermənilərin təfəkküründə dəyişiklik edə bilsin, azərbaycanlılarla ermənilərin birgə yaşamaq instinktini oyatsın, iki xalq arasında düşmənçiliyi bitirsin və nəhayət ermənilər Azərbaycanın bayrağı altında və sülh şəraitində bu torpaqlarda yaşaya bilsinlər. Amma “sülməramlılar” nə edir? Əvvəla, ermənilərlə azərbaycanlıların təmas qurmaması üçün min bir hiyləyə əl atır, qorxudur, müstəqillik vəd edir, xristian qardaşlışından dəm vurur. Bu da işə yaramayanda tərəflərdən birini güllə yağışına tutur və ara qarışır, iynənin ucu qədər olan qarşılıqlı etimad da zədələnir. Ermənilərin hələ də bizimlə əlaqə qurmaq cəhdi alınmayıb. Gedəcəkləri, ticarət edəcəkləri yer isə yalnız Ermənistandır. Uzaq yola çıxa bilməyən ermənilər isə rusların əlinə, onların verəcəkləri bir tikə çörəyə möhtacdırlar. Köç yoluna hazırlaşan ermənilər isə kifayət qədərdir. Amma ruslar “xoş gələcək” arzusu ilə miqrasiya edən ermənilərin getmələrinə imkan vermirlər. Çünki rusların “sülhməramlı” missiyası da ermənilərin varlığından asılıdır.

Bu fotolara diqqətlə fikir verin, guya hər ikisi Rusiya sülhməramlısıdır. Amma səraya düzülmüş bu taqımda rusa oxşar bir subyekt varmı? Yoz, əlbəttə. Çünki bu əsgərlər “Rusiya sülhməramlısı” adı altında Qarabağın ermənilər yaşayan hissəsində xidmət keçən “dığa”lardır. Beləliklə, Rusiya öhdəliyinin bütün bəndlərini hələ də pozmaqla məşğuldur. Bəs, Qarabağda erməni hərbçisi olmayacaqdı, bunlar kimdir görəsən? Laçın koridorunda Azərbaycana aid maşınların yoxlanmasında erməni hərbçinin iştirakı isə həyasızlığın, dərəbəyliyin ta kəndisidir. Hələ Ermənistandan Qarabağa hərbçilərin gətirilməsinə rusların göz yummasını demirik. Bu başqa söhbətin mövzusudur.

Hər gün erməni saytları xəbər yayır, Qarabağdan erməni əsgərlərin fotolarını paylaşırlar. Əgər Ermənistandan bura əsgər gətirilmirsə, bəz bunlar kimindir, yoxsa Qarabağda bu qədər əsgərə mütənasib əhali yaşayır? Kiçik hesablama aparaq, erməni, rus və Azərbaycan mənbələrinin rəqəmlərini tutuşdursaq, Qarabağda yaşayan ermənilərin sayı təxminən 25-30 mindir. Hesab etsək ki, əhalinin yarısı – 15 mini qadın, 15 mini isə kişidir. 15 min kişinin də 80 faizinin, yəni 12 mininin yaşı 18-dən aşağı və 60-dan yuxarıdır. Çünki gənclərin əksəriyyəti müxtəlif bəhanələrlə xarici ölkələrə köç ediblər. Yerdə qalır 3 mini. Bu sayın da 30-40 faizi “neqoden”, yəni yararsız olsa, yerdə 1600 erməni qala, ya yox. Bəs, bu ermənilər nə vaxta kimi hərbi xidmət keçəcəklər, bir il, iki il, sonra?

Ruslar gedib özünü aldatsa yaxşıdır. Ən doğru addım Qarabağdan qaçan ermənilərin qarşısını kəsməməkdir. Bu, münaqişənin həllini tezləşdirər. Unikal bir düstur var, o da rusların əlindədir: Erməni varsa problem də, sülhməramlı da olacaq, erməni yoxdursa nə sülhməramlı, nə də münaqişə olacaq. Ona görə də, hörmətli Rusiya sülhməramlıları, ermənilərin miqrasiya hüquqlarını pozmayın, açın qəfəsinizin qapısını, buraxın bu binəvaları. Qoyun, gedib başının çarəsini qılsın...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə