Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə təbii ki, regionda təhlükəsizlik sferası formalaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ilk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və mütləq şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır: "Məhz dövlət başçısının verdiyi bəyanat da buna əsaslanır. Ermənistan tərəfinə hələ ciddi şəkildə əldə olunan razılaşmaların yerinə yetirilməsini və həyata keçirilməsini görmürük. Düşünürəm ki, dövlətlərarası sülh mümkündür. Amma xalqlar arasında sülhün əldə olunması uzun müddət gözlənilməlidir. Ermənistan ilə sülhün bağlanması lazımdır. Amma düşünürəm ki, bu vaxta hələ var. Çünki Ermənistan hələ sülhə getməyəcək, amma bu, Ermənistanın ziyanınadır. Ona görə də Ermənistan sülhlə bağlı ilkin addımları atmalıdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB