Ermənistan kommunikasiyaların açılması prosesini siyasi hədəflərə qurban verir - SİYASİ EKSPERT AÇIQLADI
"Ermənistan Azərbaycan ilə kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası məsələsində deklorativ mövqe nümayişinə daha çox meyl etsə də, amma reallıqda hələlik prosesin başlamaması ciddi narahatlıq doğurur. Azərbaycan həm deklorasiyalarda, həm bəyanatlarında, həm də əməli hərəkətlərində kommunikasiyaların və iqtisadi əlaqələrin açılmasında haqlı olduğunu artıq sübut edib. Bu istiqamətdə müəyyən addımlar atıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu gün Füzuli rayonundan başlayaraq Ermənistan sərhədlərinə qədər Azərbaycanın avtomobil və dəmir yollarının çəkilməsi işinə başlanılması, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisindəki avtomobil və dəmir yollarının vəziyyətinin işlək hala gətirilməsi üçün intensiv işlərin aparılması dediklərimizin sübutudur: "2020-ci ilin 20 noyabrında və 2021-ci ilin 11 yanvarında imzalanmış sənədlərə uyğun olaraq kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası üçün ayrıca işçi qrupunun yaradılmasına baxmayaraq Ermənistan tərəfindən real addımlar görünmür. Ermənistan kommunikasiyaların və iqtisadi əlaqələrin açılmasına maraqlı olduğunu dəfələrlə rəsmi şəkildə bəyan etsə də, indiki reallıqlar onu göstərir ki, Ermənistan iqtisadi əlaqələrin və kommunikasiyaların açılması üçün həqiqətən də öz əlində olan imkanlardan tam şəkildə istifadə etməyə maraqlı deyil. Bu gün Ermənistan kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası istiqamətində konkret olaraq atdığı addımı və yaxud da həyata keçirdiyi bir işin adını çəkə bilməz. Bir sözlə iqtisadi əlaqələrin və kommunikasiyaların bərpası məsələsində Azərbaycan nə qədər ardıcıl mövqe tutsa da, Ermənistan bir o qədər yayındırıcı taktika ilə işləyir. Məqsəd də bundan ibarətdir ki, bölgədə möhkəm sülh üçün çox vacib olan infrastrukturların yaradılma prosesi geciksin.
Çünki Ermənistanın özü də iqtisadi əlaqələrin və kommunikasiyaların açılmasında maraqlı olsa da, Ermənistan siyasi amillərə, siyasi hədəflərə daha çox üstünlük verir. Beləliklə də Ermənistan tərəfi iqtisadi əlaqələrin və kommunikasiyaların açılması prosesini siyasi hədəflərə qurban verərək, iqtisadi əlaqələrin bərpa prosesinə maneçilik törədir. Bundan əlavə Azərbaycan Zəngəzur dəhlizində imzalanmış sənədlərə uyğun olaraq dəmir və avtomobil yolunun çəkilməsini əldə olunmuş razılaşma etməklə bərabər eyni zamanda Zəngəzur dəhlizindən Türkiyəyə və Avropaya enerji və qazın nəqli variantlarını plan kimi nəzərdən keçirdir. Azərbaycan həqiqətən kommunikasiyaların açılmasında maraqlıdır. Amma bu əlaqələrin ana sütununu təşkil edən Zəngəzur dəhlizinin açılma məsələsində təəssüf ki, Ermənistandan ardıcıl mövqe görmürük".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB