YAP Qazax rayon təşkilatında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR

YAP Qazax rayon təşkilatında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 2022-ci il fevral ayının 15-də YAP Qazax rayon təşkilatının Uşaq Poliklinikası və Qadın Məsləhətxanası, Alpout kənd, Doğum Evi ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.

Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.

YAP Qazax rayon təşkilatının Uşaq Poliklinikası və Qadın Məsləhətxanası ərazi partiya təşkilatında Dürdanə Qiyami sədr, Rövşanə Civişova sədr müavini, Alpout kənd ərazi partiya təşkilatında Murğuz Alıyev sədr, Starə Vəliyeva sədr müavini, Doğum Evi ərazi partiya təşkilatında Rəna Mustafayeva sədr, Elnarə Osmanova sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədrləri və müavinləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə