Prezidentin Ağdam və Ağcabədiyə səfəri böyük əhəmiyyət daşıyır - MÖVQE

Prezidentin Ağdam və Ağcabədiyə səfəri böyük əhəmiyyət daşıyır - MÖVQE

“Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam və Ağcabədiyə səfəri böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu səfərlərin hər birinin arxasında bölgənin daha da inkişaf etməsi, həmin rayonların infrastrukturunun tamamilə yenilənməsi kimi məsələlər dayanır: “Artıq deyə bilərik ki, Ağdam işıqlarına qovuşdu. Ağdamda elektrik stansiyası, Ağcabədidə isə hərbi hissənin açılışı oldu. Cənab Prezident və Mehriban xanım Əliyeva İmarət məscidini ziyarət edib, müxtəlif müqəddəs yerlərdə oldular. Hər iki səfərində də cənab Prezident Azərbaycanın müharibədən yeni çıxmış, 44 günlük müharibə yaşamış ölkə olaraq iqtisadi, sosial layihələrini dayandırmadığını, əksinə daha da inkişaf etdiyini bildirdi. İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdən sonra quruculuq işləri ilə məşğul olan Azərbaycan hər addımında isbat edir ki, Cənubi Qafqazın, bölgənin güclü bir dövlətidir. Ölkəmiz hazırda da cənab Prezident tərəfindən böyük bir iradə ilə fəaliyyətini davam etdirir. Atılan bütün addımların hər birinin ardında güclü Azərbaycan iqtisadiyyatı, Azərbaycanın öz dövləti ilə həmrəy olan xalqı, ordusu dayanır. Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir və keçirilə də bilməz. Bu bir reallıqdır. Bu səfərlər də çox böyük önəm daşıyırdı. Çünki həm Ağdam, həm də Ağcabədi müharibə zonası olaraq da qiymətləndirilə bilər. Ağcabədidə müharibə getməsə belə, bu ərazi də müharibənin bütün çətinliklərinə tab gətirdi. Cənab Prezidentin Ağdam və Ağcabədiyə səfəri Azərbaycanın növbəti uğurlu layihələrinin olacağının göstəricisi idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə