“Rusiya 2014-cü ildə tatarların tarixi vətəni olan Kırım yarımadasını işğal etdikdən sonra Ukrayna və Rusiya arasında hərbi gərginlik hazırda ən yüksək səviyyəyə çatıb. Kırımın və Donbasın bir hissəsinin işğalı bəs deyilmiş kimi, indi də Rusiya daha böyük və strateji əraziləri ilhaq etmək üçün bir neçə aydır Ukrayna ilə sərhəddə qoşun toplayır. Hazırda 120 mindən artıq əsgər və zabitin, yüzlərlə tank, artileriya və digər hərbi texnikanın döyüşə hazır vəziyyətdə gözlədiyi bildirilir. Ötən ilin dekabrında ABŞ kəşfiyyatı məlumat yaymışdı ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hərbi hücuma başlaya bilər”. Bunu SİA-ya açıqlamsında Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden isə bu günlərdə Britaniya, İtaliya, Almaniya, Polşa, Rumıniya liderləri və NATO-nun Baş katibinin iştirak etdiyi videokonfrans zamanı bildirdi ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edəcək: “Rəsmi Vaşinqton Rusiyanın hücumunun raket zərbələri ilə başlayacağını ehtimal edir. Dünəndən etibarən artıq Kiyevdəki xarici ölkə səfirliklərinin bir çoxunun əməkdaşları, o cümlədən də Rusiya diplomatları Ukraynanı tərk etməyə başlayıb. Bu, Rusiyanın Təhlükəsizlik Şurasının iclsında Ukraynaya hərbi təcavüz ilə bağlı yekun qərarın qəbul edilməsilə əlaqədar olduğu ehtimal olunur. Həqiqətən, hazırkı siyasi mənzərə çox acınacaqlıdır. XXI əsrdə bir dövlət - Ukrayna istəmədiyi halda, zorla savaşa sürüklənir. Ərazi bütövlüyü 8 ildir pozulan Ukrayna bu gün daha böyük və dağıdıcı işğal təhdidi və təhlükəsi ilə üz-üzə qalıb. XX əsrin 30-cu illərində Hitlerin eyni motivli işğal faktına göz yumanlar. Ukraynanın yeganə pənahı olan Qərb dövlətləri bu gün "Rusiya, Ukraynaya hücum etsə qarşısında bizim ordumuzu görəcək" demək əvəzinə, Rusiyanı siyasi və hərbi bataqlığa çəkmək məqsədli bəyanatlar verməklə və "indi vuracaq, bir azdan hücum edəcək" məzmunlu informasiya dövriyyəsini gücləndirməklə işini bitmiş sayır. Bu gün bütün dünya hüququn üstünlüyünün yox, üstünlərin hüququnun ön pillədə olduğuna şahidlik edir. İşğala və işğalçılara qarşı bütün hallarda barışmaz olmaq və birmənalı münasibət bəsləmək lazımdır. Baş verənlər bir daha onu göstərir ki, hər addımda dövlətlərin suverenliyini heçə saydığını göstərən bir ölkə, əslində imperiya ilə qonşu olanların öz milli maraqlarını müdafiə edə bilməsi üçün nə qədər böyük siyasi zəka və cəsarət tələb edir... Tanrı bu həlledici tarixi sınaqda ukrayna xalqına və Ukrayna dövlətinə yardımçı olsun!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB