Ermənistanda anti-türk təbliğatı: Sifarişçi kimdir? - ANALİZ

Ermənistanda anti-türk təbliğatı: Sifarişçi kimdir? - ANALİZ

Son günlər Ermənistanda anti-türk, anti-azərbaycan təbliğatına yenidən start verilib. Doğrudur, bu münasibət əvvəllər də var idi, amma indiki vəziyyət, indiki yanaşma bütün çalarları ilə fərqlənir. Bəs, məğlub, işğalçılıq siyasətinin qurbanı olan Ermənistanda nə baş verib ki, türklərə qarşı yenidən aqressivləşiblər? Hər halda yeni təbliğat maşınının sükanı arxasında kənar qüvvələrin olmadığını söyləmək düzgün olmaz. Bu vəziyyət idarəolunandır. Ermənistanda buna maraqlı mərkəzlərdən birinin 5-ci kolonu olduğu deyənlər də var. İstənilən halda, bu təbliğat həm də Azərbaycanla və Türkiyə ilə bağlanma ehtmalı çox olan sülh müqaviləsinə etiraz edənlərin tərtibi də ola bilər. Hər halda, qarşıdakı hadisələrin, eyni zamanda fevralın 14-də Türkiyənin Antaliya şəhərində keçiriləcək görüşlərdə Ermənistan tərəfinin iştirakının anti-türk emosiyasının artmasına təsiri az deyil.

İkinci bir məsələ, son vaxtlar Ermənistanın indiki hakimiyyətinin Azərbaycanla və Türkiyə ilə əlaqələrin qurulması, kommunikasiya xəttlərin açılması barədə fikirlərinə hakimiyəti əldən vermiş indiki radikal müxalifət qüvvələrinin əks həmlə cəhdləri də ola bilər. Paşinyan başa düşür, yaxud kimsə onu başa salıb ki, qonşularla, xüsusən də Türkiyə və Azərbaycanla münasibətlərin korlanması, əlaqələrin qırılması, düşmənçiliyin davam etdirilməsi Ermənistanın milli maraqlarına ziddir və ölkənin inkişafını ləngidən əsas amillərdən biri və birincisidir. İndiki hakimiyyət anlamağa və anlatmağa çalışır ki, “Qarabağ” klanı ilə dünya erməni lobbisinin birgə səyi nəticəsində 100 ildən artıq davam edən türk düşmənçiliyinin sadə ermənilərə heç bir faydası olmayıb, bundan sonra da olmayacaq və Azərbaycanla Türkiyənin uzatdıqları əli geri çevirməklə daha 100 il geriyə atılacaqlar.

Yaxın keçmişimizdə baş verən bir hadisəni xatırladaq. Ermənistanın III prezidenti, “Qarabağ” klanının rəhbərlərindən biri, Xocalı qətliamının ssenaristi və icraçısı Serj Sarkisyan 2017-ci ildə Qafan şəhərində yerli erməni gəncləri ilə görüşür. Çıxışında bildirir ki, bizim nəsil Qarabağı ələ keçirdi, sizin vəzifəniz isə Ağrı dağını almaqdır. Hər kəsə bəllidir ki, Ağrı dağı Türkiyə ərazisindədir və Ermənistan bu arzusunu reallaşdırması üçün qeyri-adi gücə, imkana malik olmalıdır. Amma, harada və hansı auditoriyada deyilməyindən asılı olmayaraq erməni prezidentin bu fikirləri çox təhlükəli idi. Hətta buna görə istənilən şəxsi məhşər ayağına çəkərdilər. Və çəkdilər də…

Ermənistanda anti-türk ritorikasının artmasının növbəti səbəblərindən biri də kənar qüvvələrin, yəni Rusiyanın və digər ölkələrin buradakı 5-ci kolonunun planı da ola bilər. Bu barədə Ermənistan cəmiyyətində çox danışılır. Sizcə, müharibədən sonra keçirilən parlament seçkilərində məğlub komanda – Paşinyan necə oldu ki, qalib gəldi? Cavab çox sadədir, ermənilər Paşinyanın nə etdiyini bilirdilər. Baş nazirin hərəkətlərində Azərbaycanın maraqlarına oynamaq kimi yanlış təsəvvür ola bilər, amma bu, belə deyil. Paşinyan elə ermənilərin əlinə oynayırdı, marağına xidmət edirdi. O bilirdi ki, Dağlıq Qarabağın müstəqilliyini 28 ildə 3 prezident tanıda bilməyibsə, onun hakimiyyəti dövründə də bu istiqamətdə atacağı addımlar da dişsiz olacaq. Çünki Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ayrılmaz hissəsi, suveren ərazisidir. Adını nə qoyursan qoy “Dağlıq Qarabağ”ı müstəqil ölkə kimi kimsə tanımağa cəhd edə bilməz. Azərbaycan Gürcüstan deyil. Ona görə də Paşinyan doğru olanı etdi, seçicilərinə həqiqəti dedi. Ən böyük bicliyin düzlük olduğunu Paşinyan da bilir. Paşinyan ağrılı olsa da həqiqətin üstünə getdi, seçicilərə keçmiş hakimiyyətlərin onları aldatdığını, Qarabağın Ermənistanın boynundan asılan ağır daş olduğunu dedi və seçkiləri qazandı. Bəli, Qarabağ Ermənistan üçün kal armud idi, nə uda, nə də ata bilirdi.

Diqqət edin, Ermənistanda və dünyada yaşayan ermənilər arasında Türkiyə ilə istənilən əlaqənin yaradılmasını milli satqınçılıq kimi qələmə verənlər az deyil. Buna baxmayaraq dünyada özlərinin bir nömrəli düşmənləri elan etdikləri Türkiyəyə turist kimi səfər edən, iş və yaşamaq üçün gedən Ermənistan vətəndaşlarının sayı on minlərlədir. Bəs, adam da düşmən bildiyi kəsin qapısına gedər? Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə çox maraqlı fikirləri var: “Hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır. Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur. Buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır. Əgər biz onları qətlə yetirmişiksə, onların düşməniyiksə, əcəba 60 min erməni vətəndaş niyə Türkiyəni seçir”. Maraqlı cavabdır, həm ermənilər, həm də onları yanlığ istiqamətə yönəldənlər üçün.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur. Ötən ilin isə təkcə dekabr ayında Türkiyəyə 3,9 min Ermənistan vətəndaşı səfər edib. Türkiyəyə gələn Ermənistan vətəndaşlarının sayı hər ay ən azı 3 faiz artır. Türkiyə KİV-ləri yazır ki, hər ay minimum 200 nəfər Ermənistan vətəndaşı Türkiyədə qalır və qeyri-leqal olaraq işə düzəlir. Bunu erməni "xalq diplomatiyası", daha dəqiq desək, Türkiyədə kök salmaq yolu adlandırmaq olar. Türkiyənin Ticarət-Sənaye Palatasının (TOBB) məlumatına əsasən, son bir ildə bu ölkədə erməni kapitallı 9 şirkət qeydiyyata alınıb. Göstərilən dövrdə Türkiyədə qeydiyyata alınan şirkətlərin ümumi kapitalı 1,1 milyon lirə (təqribən 213,6 min ABŞ dolları) təşkil edib. Ötən il erməni kapitallı şirkətlər əsasən (8 şirkət) İstanbulda qeydiyyatdan keçib.

Ermənistan kiçik ölkədir, özündə azacıq güc hiss edən dünyanın istənilən dövləti onlardan öz məqsədləri üçün istifadə etməkdə çətinlik çəkməz. Ermənilərin özləri də oyuncaq olmağa adət etmiş və bu sahədə əhəlləşmiş ikiayaqlı məxluqdurlar. Belə vacib və ermənilərin xilasına yönəlmiş Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan yaxınlaşmasına xidmət edən görüş ərəfəsində anti-türk ritorikasının körüklənməsi əslində ermənilərin özünə ziyandır. Azərbaycana lazım olan dəhliz artıq inşa edilir – Zəngəzur dəhlizi. Gec ya tez bu dəhlizlə Naxçıvana, oradan isə Türkiyə və Avropaya yüklərimiz daşınacaq, insanlar şəxsi avtomaşınları ilə həmin istiqamətdə özləri səyahət edəcəklər. əks təqdirdə digər dəhlizlər də ermənilər üçün bağlana bilər.

Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı artan anti-təbliğatın arxasında başqa bir qüvvənin olması danılmazdır. Bu, daim türk düşmənçiliyini ermənilərə unutdurmayan daşnaksütyun partiyasıdır. Bir həftə əvvəl irəvanda bu partiyanın 131 illiyi qeyd edildi. Dünya daşnaklarının Ermənistandakı bir nömrəli nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri çıxışının əksər hissəsini türk düşmənçiliyinə həsr etdi. Və ermənilərin xoşbəxtlik düsturunun da məhz türklərə olan münasibət əsasında formalaşdığına diqqət çəkib. Sadə bir misal və bununla da pula, mala, dövlətə həris ermənilərin mahiyyətini kəşf etmiş olarsınız. Tədbirdə Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan müstəqil ekspert kimi “Erməni soyqırımı zamanı erməni xalqının maddi itkiləri” mövzusunda məruzə ilə çıxış edib. Bütün “itkilər” nəzərə alınmaqla, Türkiyədən tələb olunmalı kompensasiyanın məbləği axır ki, “hesablanır” - 14.514.230.940 ABŞ dolları. Guya kimsə “soyqırımı”nı tanımağa hazırlaşır və yalnız qalır kompensasiyanın məbləğini müəyyən etmək. “Daşnaksütyun” partiyasının siyasi məsələlər üzrə mərkəzi ofisinin direktoru Kiro Manoyan isə o qədər vəcdə gəlib ki, indiki Ermənistan-Türkiyə sərhədinə yenidən baxılmasının zəruriliyini iddia edib. Sərhədin isə kimin xeyrinə dəyişdirilməsini də başa düşmək çətin deyil. Təbii ki, bu cür dinləmələr erməni deputatların Ermənistan-Türkiyə münasibətlərinin keçmişi, bu günü və gələcəyi barədə təsəvvürlərinin dərinləşməsinə kömək etməyib, çünki çıxışlarda konkret təkliflər və təfsilatlar yox idi. Baxmayaraq ki, ikigünlük müzakirələr məhz bunun üçün təşkil olunmuşdu.

İstefada olan türk diplomatı, Ermənistan-Türkiyə barışığı komissiyasının üzvü Özdem Sanberk hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizama salınması yolunda bir neçə maneə var, “onların hamısı əhəmiyyətli olsa da, heç biri həllolunmaz deyildir”. Əvvəla, Ermənistan-Azərbaycan münaqişəsi, bu məsələdə qardaş Türkiyə tamamilə Azərbaycanın tərəfindədir və münaqişənin həllinə yönəldilmiş bütün səyləri alqışlayır. İkincisi, ərazi iddiaları, tarixi ekskurslar və köhnə düşüncə ilə əlaqədar bir sıra məsələlər var. Üçüncüsü, psixoloji ovqat problemidir. Özdem Sanberkin fikrincə, Ermənistan-Türkiyə münasibətlərində psixoloji düşmənçilik 1975-ci ildə Türkiyəyə qarşı başlanmış kampaniya nəticəsində yaranan yeni təzahürdür. O deyib: “Mənim gənclik illərimdə ermənilər türklərin bütün tədbirlərində iştirak edirdilər. Türk diplomatlarının və vəzifəli şəxslərin qətlə yetirilməsi, bizə qarşı genişmiqyaslı təbliğat bütün bunlara, hər halda, kütləvi səviyyədə son qoydu”.

Türk diplomatının fikrincə, diplomatik münasibətlər, heç olmazsa, ən mühüm məsələlərə aydın şəkildə anlaşıqlı və konsensuslu münasibətə əsaslanmalıdır. Lakin Türkiyə daim siyasi hücumlara məruz qalır və nəticədə türkləri müdafiə etməyə cəhd göstərən hər kəsin ağzından vurulur. 2005-ci ildə Türkiyənin Baş naziri iki ölkə arasında mövcud olan fikir ayrılığını birdəfəlik aradan qaldırmaq üçün tarixçi alımlərdən ibarət birgə komissiya yaratmaq təklifi ilə R.Koçaryana müraciət etmişdi. Ermənistan bu təklifə hay vermədi. Nə üçün? Cavabı tarixi faktlarda, o cümlədən erməni mənbələrində axtarmaq lazımdır.

…Amerika yazıçısı Samuel Viimsin “Ermənistan: terrorçu ”xristian” dövlətinin sirləri” kitabı çapdan çıxıb. Uzun illər aparılan tədqiqatların nəticəsi olan və yalnız sənədlərə əsaslanan bu kitab 400 səhifədən ibarətdir. Müəllif yazır ki, mən erməni mənşəli amerikalıların 150 yaşlı “qədim” vətənlərini mükafatlandırmaq üçün türklərdən, habelə Amerika xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq məqsədi ilə qətllər və soyqırımı ilə bağlı uydurma və yalanlar yaydığını sübut edən faktlar aşkar etmişəm. O, amerikalılardan soruşur: “Siz kimə daha çox inanırsınız – ermənilərin Osmanlı imperiyasını sağ-salamat tərk etdiklərini gözləri ilə görən şahidlərə, yoxsa 1,5 milyon həmtayfasının Osmanlı hökuməti tərəfindən qətlə yetirildiyini dəlil-sübutsuz iddia edən ermənilərə?”.

S.Viims yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başlayıb. Qarabağa gəldikdə isə, Amerika alimi yazır: “1800-cü ildə bütün Qafqaz regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə görə, Qafqazın Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Burada o dövr üçün bir böyük şəhər və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdı. Ancaq dağlılar zorla köçürüldükdən sonra ermənilər burada üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə Rusiya yarım milyondan çox erməninin İrandan və Osmanlı imperiyasından əsasən müsəlman azərbaycanlıların yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demoqrafik dəyişikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan çıxan bircə yol var idi, o da Bakıya gedirdi. Ermənistana isə bir dənə də yol aparmırdı. Təkcə bu fakt çox şeydən xəbər verir. Bəlkə elə buna görə hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur”.

Böyük Britaniyanın 1916-1922-ci illərdə Baş naziri olmuş Devid Lloyd Corcun yazdığına görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli hadisələrin təqsirkarları Türkiyədə “beşinci dəstəni” maliyyələşdirən Rusiya, habelə rusları Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdır. Bu baxımdan, həmin dövrdə sayca qat-qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının nümayəndələrini qətlə yetirmiş erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz.

Sonda S.Viimsin bir tövsiyyəsini qeyd etməyi də unutmayaq. O, “Ermənistan: terrorçu “xristian” dövlətin sirləri” sənədli tədqiqat əsərinin üz qabığında oxuculara belə bir tövsiyə verir: “Bu kitabı hər bir xristian və Amerikada hər bir vergiödəyicisi oxumalıdır ki, ermənilərin kimliyindən xəbər tutsunlar”.

Bu gün Türkiyə tərəfinin Ermənistana təklifi masadadır. Türkiyə heç bir şərt qoymadan hava əlaqələrinin açıldığını ela etdi və Türk Hava Yolları İrəvana uçuşlara başlayıb. Erməniləri isə Zvartnots hava limanında piket keçirirlər ki, kimsə İstanbula uçmasın, əlaqələr yaranmasın. Budur erməni xisləti. Türkiyənin bu addımı, Azərbaycanın isə kommunikasiya xəttlərini açmaq təklifi Ermənistan ictimaiyyətində nokaut effekti yaradıb. Ermənilərin "blokada" deyə bağırdığı, hay-küy saldığı yalan təbliğatı artıq fiaskoya uğrayıb, Türkiyə və Azərbaycan kommunikasiya xətlərinin açılmasına çalışır, Ermənistanı da konstruktiv olmağa çağırırlar. Rəsmi İrəvanın isə gücünün yetdiyi ən azından vaxt uzatmaqdır. Amma niyə? Vaxt var idi, Azərbaycan torpaqlarını işğal etmişdi, toplarının, raketlərinin üzünü şərqə tərəf tuşlayıb bizə olub keçənlərlə barışıb "sülhpərvər" olmağı təklif edirdi. Dünyaya da Azərbaycanın sülh istəmədiyini haqda yalan məlumatlar tirajlayırdı. Türkiyəni də sərhədləri bağladığına görə ittiham edirdi. Özünü də qanmazlığa, saymazlığa, karlığa, korluğa qoymuşdu. Səsimizi, etirazımızı, arqumentlərimizi eşitmək belə istəmirdi. İndi zaman da, yerlər də, mövqelər də dəyişib. Azərbaycan Qarabağda suveren hüquqlarını bərpa edib, ərazilərini işğalçı erməni ordusundan təmizləyib. Erməni isə qanmır ki qanmır. Deyirik, ay erməni, bir qələt eləmişdin, çıx dedik, çıxmadın. Zorla, zopa ilə, daşla, kəsəklə səni qamarladığın, yağmaladığın yurd yerlərimizdən iti qovan kimi qovduq. Düşündük ki, ağıllanıbsan, imana-dinə gəlibsən. Amma görünən budur ki, hələ də "it gəldi çarığı apardı" bəhanəsi ilə vurnuxursan. Görünür, bu xəmir hələ çox su aparacaq. Bu millətçilik nədirsə, ermənilərin axırına çıxacaq...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə