YAP Səbail rayon təşkilatında “Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib - FOTOLAR
YAP Səbail rayon təşkilatında “Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbiri açan Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ulu öndər Heydər Əliyevin Gənclər Gününü təsis etməsindən, gənclərə verdiyi dəyərdən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələdə inkişaf etməkdədir. Muxtar Nağıyev Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynaması barədə tədbir iştirakçılarını məlumatlandırıb.
“İstiqlaliyyət 6” ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov da gəncləri təbrik edib. Gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratma lazım olduğu qeyd edib.
“S.Y.Bakuvi 35” ərazi partiya təşkilatının üzvü Auditorlar palatasının icraçı direktoru Səbuhi Gülməmədov Yediyar oğlu YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tərəfindən təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına görə və anadan olmasının 50 illik yubileyi münasibətilə “Fəxri Fərmanla” təltif olunub. Səbuhi Gülməmmədov YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevə təşəkkür edib. Azərbaycanda gənclər siyasətinin hazırda uğurla həyata keçirildiyini qeyd edən Səbuhi Gülməmmədov deyib ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində olan məsələlərdəndir.
“Badamdar şosesi 40” ərazi partiya təşkilatının əməkdaşı Lalə Axundova Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan gəncləri hər zaman dövlətimizin başçısının yanındadır.
“Üzeyir Hacıbəyov 34” ərazi təşkilatının sədri Təhmasib İmaməliyev Azərbaycan cəmiyyətində gənclərin xüsusi rola malik olduqlarını vurğulayıb.
Digər çıxış edən partiya fəalları - Rizvan Vahabov, Əhliman Qarayev,Arzuman Muradlı, Təranə Kərimova və başqaları Azərbaycan gəncliyinin uğurlu həyat yolundan danışaraq gənclərə uğurlar arzu ediblər.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB