"“Təsib”i oyanmış erməninin qabağında dur, görüm, necə duracaqsan..."
“...Dərinləşən,.. şərtlənən, o cümlədən Ukrayna ətrafında geosiyasi böhranla Rusiyanın təcrid olunması artıq Azərbaycan üçün yeni problemlər yaradır və gələcəkdə daha da çox yaradacaq”. Ay can, ay can...
Qeyd edək ki, bunu Ermənistanda özünü “Avropa Partiyası” kimi təqdim edən qrumun sədri Tiqran Xzmalyan bildirir. Onun bu fikirlərindən ermənilərin bununla bağlı şadyanalığa hazırlaşdıqları da açıq sezilir. Amma deyəsən, bu ümidlə onların sevincləri gözlərində qalacaq.
Beləliklə, Xzmalyan nə düşünür? Deməli onun sözlərinə görə, bu gün Kremlə qarşı ABŞ və Qərb tərəfdən artmaqda olan sanksiya və təzyiqlər, guya Azərbaycan və Türkiyə də çətin siyasi vəziyyətə salmaqdadır.
Maraqlıdır ki, erməni “partiya” sədri buna ən böyük əsas kimi, Avropa İttifaqının Azərbaycanla apardığı “qaz sövdələşməsi”ni göstərir. Erməniyə görə, Avropanın qazla bağlı, “alternativ kimi”, Azərbaycana üz tutması, təbii ki, Moskvada elə də yaxşı qarçılanmayacaq. Yəni bu, Kremldə Bakıya qarşı “böyük qıcıq” yaradacaq.
Yaranmış indiki vəziyyətdə Azərbaycanın üzünü Qərbə çevirməyə “məcbur olacağını” bəyan edən Xzmalyan Avropanın Bakı ilə bağlı iqtisadi rıçaqlarından İrəvanın öz siyasi məqsədləri üçün istifadə etmək üçün hərəkətə keçməyin vacibliyini bildirir. Erməni “partiya” sədrinin sözlərinə görə, “...bunun üçün iş lazımdır və ümid edirik ki, Ermənistanın Avropa Partiyasının sədri kimi, elə mən də başda olmaqla biz bunun öhdəsindən gələcəyik”.
...Burda ermənilərə, əslində rişxəndlə də olsa, “qolunuza çöpdən dirək” deyib keçmək də olardı. Amma, qeyd edilməlidir ki, burada erməninin həsədlə “Rusiyanın böhranla təcrid” olunmasını, dediyimiz kimi, az qala şadyanalıqla təqdim etməyə çalışması heç cür başa düşülən deyil.
Maraqlıdır, görən Rusiyanın hər hansı iqtisadi böhranla üzləşməsinin Azərbaycandan daha çox Ermənistanı yaşanacağını erməni “siyasətçi” qanmırmı?
Yəni doğrudanmı, özünə siyasıtçi deyən biri bu günkü ermənilərin ayaqda qalmasında Rusiyaya minnətdar olmalarını yaddan şıxarır? Məgər o, bu gün “Ermənistan iqtisadiyyatı”nın daha çox Rusiyadan göndərilər ianələr hesabına duruş gətirdiyini unudur?
Qeyd edilməlidir ki, hazırda qeyri dəqiq məlumatlara görə, Rusiyanın müxtəlif bölgələrində 202 mindən artıq erməni əməkçi miqrantı kimi işləyir. Xatırladaq ki, bu, MDB məkanında ən böyük miqrant saylarından biridir. Təsəvvür edin, cılız bir ölkənin əməkçi insanlarının yarısı, bəlkə də yarıdan çoxu öz ölkəsindən kənarda çalışıb, Ermənistandakı ailəsinin yaşamasını təmin edir. İrəvandakı ermənini isə, həmən miqrant ermənilərin az-çox əldə etdiyi qazancdan məhrum ola bimək ehtimalı elə də narahat etmir?
Onu da qeyd edək ki, ötən ilin təkcə yanvar-avqust aylarında Rusiyada işləyən miqrant ermənilər Ermənistana 281 milyondan artıq dollar göndəriblər. Təbii ki, bu Ermənistan kimi kasıb bir dövlət üçün bu böyük vəsaitdir.
Görən, özünü partiya sədri kimi təqdim edən biri bunları başa düşmürmü?
...Yeri gəlmişkən, bu arada ermənilərin ən çox “müzakirə” etdikləri, daha doğrusu, onları “hiddətləndirən” əsas məsələlərdən biri də Belarus prezidenti Aleksandr Lukaşenkonun “...bu gün Ermənistannın heç kimə lazım olmaması” ilə bağlı səsləndirdiyi fikirlərdir.
O da maraqlıdır ki, bəzi ermənilər Lukaşenkonun bu bəyanatının səbəblərini anlamağın vacibliyi barədə müxtəlif fikirlər səsləndirirlər.
Məsələn, qəribə də olsa, bu gün bir qisim ermənilər Belarus prezidentinin səsləndirdiyi fikirlərin təkcə tənqidə deyil, həm də təşəkkürə layiq olduğunu etiraf etmələridir. Niyə?
“...Əvvəla, ona görə ki, o, təkcə müasir Ermənistana münasibətini ifadə etmir. Əslində, demək olar ki, bu gün dünya liderlərindən heç biri Lukaşenkodan fərqli düşünmür. Sadəcə olaraq hamı riyakarcasına susur və o, təhqiredici də olsa, birbaşa danışır.
İkincisi, Belarus lideri ən azı ona görə təşəkkürə layiqdir ki, o, demək olar ki, ermənilərin böyük əksəriyyətinin arasında erməni “təsib”ini oyatmış oldu”.
...Ay səni, xətakar. İndi bundan sonra “təsib”ini oyatdığın erməninin qabaölnda dur, görüm necə duracaqsan...
P.S: ... “təsib”in bizim dildə mənası çağırış deməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB