Makron elə bir ciddi siyasi fiqur deyil - POLİTOLOQ AÇIQLADI

Makron elə bir ciddi siyasi fiqur deyil - POLİTOLOQ AÇIQLADI

"Fransa prezidenti Emmanuel Makronun Moskva səfəri o qədər də uğurlu alınmadı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Putinin Makrondan istədikləri və Makronun ona verə bilmədiyi məsələlər ortadadır: "Çünki Putin birmənalı şəkildə istəyir ki, NATO Rusiyanın sərhədlərinə yaxın gəlməsin və onun təhlükəsizliyinə zəmanət versin. Makronun Ukrayna səfərinin istədiyi nəticə verəcəyi inandırıcı görünmür. Fransa NATO-nun tərkibində nə vuruşmaq istəyir, nə ordu göndərmək istəyir, nə də başqa bu və ya digər şəkildə yardımlar göstərmək istəyir. İnanmıram ki, Makron Ukraynada hansısa bir söz sahibi olsun. Makron Ukraynaya öz fikirlərini bildirmək üçün gedir. Makronun Ukrayna səfəri Makronun özündən başqa heç kimə xeyri olmayacaq. Ümumilikdə Makron elə bir ciddi siyasi fiqur deyil ki, Ukraynada nəsə bir söz sahibi olsun və istədiyi nəticəni əldə etsin".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə