Qələbələr bizi regionda və dünyada söz sahibinə çevirib - MÜNASİBƏT BİLDİRİLDİ
“Fevral ayının 4-də Fransanın Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın videoformat şəklində görüşü keçirilib. Bu görüşün keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurunun təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın yürütdüyü müstəqil və xarici siyasətinin təntənəsidir. Bu özünü ATƏT-in Minsk qrupunun sədrlərindən olan, Fransa və onun prezidentinin artıq burada ATƏT-in Misnk qrupunun sədri kimi deyil, Avropa İttifaqının Prezidenti kimi çıxış etməsində də göstərdi. Ümumiyyətlə ATƏT-in Minsk qrupunun adı belə çəkilmədi. Dağlıq Qarabağ münaqişəsi fikri ortaya atılmadı. Sadəcə Azərbaycanın torpaq bütövlüyü və iki dövlət yəni, Azərbaycan və Ermənistan arasında komkukasiyaların, sülh sazişinin hazırlanması istiqamətində görülən işlərdən söhbət açılıb. Təbii ki, bu Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, “Soçi”, “Brüssel” bəyannamələrinin bir ardıcılı kimi Azərbaycan diplomatiyasının xarici siyasətinin nümunəsidir. Hesab edirəm ki, bu siyasəti həyata keçirən möhtərəm cənab Prezidentimiz xüsusi xarizması, gücü, ağlı, dərrakəsi və cəsarəti nəticəsində Azərbaycanın müstəqil siyasətinə olan hörmət əlamətini də özündə əks etdirir. Təbii ki, yenə də möhtərəm cənab Prezidentimiz hələ 1-ci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş vətəndaşlarımız ilə bağlı məsələni qaldırdı. Bunun 78-nin uşaq olduğunu və bu insanların hələ də taleyindən bir xəbər olmadığını qeyd etdi. Mina xəritələrinin Ermənistan tərəfinin təqdim etməsinə baxmayaraq çətinliklər törətdiyini və bunun hələ tam dəqiqliyi əks etdirmədiyini də bir daha nəzərə çatdırdı. Hesab edirik ki, bu kimi hallar regionun, sülhün təminatına şərait yaradan bir məqamlardır ki, sülh sazişinə hazırlıq prosesi başlasın. Çünki sülh olacaqsa bu həm də regionda, bölgədə sülh deməkdir. Təbii ki, Azərbaycanın bu gün regionun transmilli layihələrinin iştirakçısı, Avropanın enerji təminatçısı kimi aktual olan bir zamanda nə qədər vacib bir dövlət olduğunu göstərdi. Hesab edirəm, bu bizim müstəqil xarici siyasətimizin, cənab Prezidentimizin apardığı siyasətin gücünün, qüdrətinin təntənəsidir. Ancaq çox təəəssüflər ki, əvvəllər biz informasiya blokadasında qalmışdıq. Biz vaxtilə “xarici siyasətimizin hansı istiqamətlərdə aparaq ki, dünya birliyini buna inandıra bilək?” sualı ilə qarşı-qarşıya qalmışdıq. Ancaq möhtərəm cənab Prezident İlham Əliyevin xarici siyasəti dərindən bilməsi, cəsarəti və xalq, iqtidar birliyinin nəticəsidir ki, əldə etdiyimiz qələbələr bu gün bizi həm də regionun və dünyanın söz sahibinə çevirib. Bu bütün sahələrdə və eyni zamanda diplomatiya sahəsində də özünü göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB