Sarkisyan-Koçaryan cütlüyü əl-ayağa düşüb - POLİTOLOQ AÇIQLADI

Sarkisyan-Koçaryan cütlüyü əl-ayağa düşüb - POLİTOLOQ AÇIQLADI

"Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki 100 illər ərzində ermənilər, daha doğrusu, özünü Ermənistanın elitası sayanlar bir mif yaradıblar ki, guya ermənilər dünyada ayrı bir xalqdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, əslində, bütün bunların arxasında başqa şey dururdu: "Onlar zaman-zaman xislətinə uyğun olaraq pisliklərlə məşğul olurdular. Bütün bunların da başında kilsə dururdu. Kilsədə olanlar da camaatdan yığılmış nəzirlə, ianə ilə şah kimi dolanırdılar. Amma müharibədən sonra Azərbaycan ordusu həmin mifi dağıtdı. Məlum oldu ki, onlarda ümumiyyətlə, millətçilik deyilən bir şey yox idi. Cənab Prezident Gəncədə bu məsələyə təsadüfən toxunmadı. Ermənistanda qarşıdurma getdikcə artır. Həm Ermənistan bir dövlət kimi özünü idarə edə bilmir. Çünki onun bütün strukturları Rusiya və Yunanıstan arasında bölüşdürülüb. Təbii ki, Ermənistanın siyasətində Soros ilə Makronun da rolu var. Belə bir şəraitdə Ermənistanın ayaqda durmasından ötrü Paşinyan çox çalışır. Paşinyan Qarabağ məsələsindən qaçır. Hazırda ermənilərdə çox güclü apatiya var. Yəni erməni saytlarının yazdığına görə, əgər əvvəllər müharibədən qabaq Ermənistanda əhalinin təxminən 25%-i müharibədən qorxurdursa indi isə əhalinin 75%-i müharibə istəmir. Ona görə də Sarkisyan-Koçaryan cütlüyü də əl ayağa düşüb. Yerli ermənilərlə Qarabağda yaşayan ermənilər arasındakı qarşıdurma artıq pik həddə çatıb".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə