"Prezident İlham Əliyev Gənclər forumunda çox mühüm məsələlərə toxundu". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, cənab Prezident gənclərin ünvanladığı sualları cavablandırdı və onlara öz tövsiyyələrini verdi: "Mühüm bir məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən gənclik vətənpərvərlik hissi ilə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etmişdir. Bu çox mühüm və tarixi hadisədir. Çünki gənc nəslin formalaşması uzun sürən və keşməkeşli prosesdir. Lakin buna baxmayaraq, Azərbaycan gənclər siyasətinə böyük diqqət ayırmış və Ulu Öndər Heydər Əliyevin təsis etdiyi gənclər günü daha sonra normativ hüquqi baza ilə möhkəmlənmişdir. Azərbaycanda "Gənclər ili" elan olunmuşdur. Eyni zamanda gənclərin layihələrini dəstəkləyən addımlar atılmışdır. Ən önəmli məsələ gənclərin milli ruhda böyüdülməsi prosesi həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan milli qürur, milli ləyaqət uğrunda mübarizə aparan Azərbaycan haqlı və ədalətli mövqeyini beynəlxalq arenada da təsdiq etmişdir.
Azərbaycan gəncləri bir yumruq kimi Müzəffər Ali Baş Komandanın yanında toplaşmışdır. Azərbaycanın döyüş səhnəsində həyata keçirdiyi uğurlu fəaliyyət böyük ölçüdə gənclərin üzərinə düşür. Yetişən Azərbaycan gəncliyi vətən uğrunda mübarizə aparır. Öz qanını və canını fəda edir. Azərbaycanın gəncliyi sayəsinə ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan gəncliyi Vətən Müharibəsində özünü bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan gəncliyi qarşısında mühüm vəzifələr dayanıb. Azərbaycan gənci qürurludur, məğrurdur. Qələbəmizin olmasında Azərbaycan gəncliyi böyük fədakarlıq göstərib. Azərbaycan gəncləri ən yüksək orden və medallarla mükafatlandırılır. Gələcəkdə də Qarabağ savaşında iştirak etmiş gənclərdən örnək götürülməli və vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalı və nəsillər dəyişdikcə bu ideyalar genişlənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB