“Nikol Paşinyanın partiyasında müxtəlif fikir ayrılığı var” AÇIQLAMA
“Armen Sarkisyan vəzifəsindən istefa verdikdən sonra Ermənistanın yeni prezidentinin namizədliyi ilə bağlı müxtəlif iddialar irəli sürülür, müxtəlif versiyalar səslənir. Sözügedən ölkədə prezident postuna ən çox ehtimal olunan şəxs Arayik Arutyunyandır. Yəni adı çəkilən bu şəxsin prezident seçilmə ehtimalı daha çoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, Paşinyan öz tabeliyində olan şəxsin prezident seçilməsi ilə qarşısındakı bütün maneələri və əngəlləri aradan qaldırmağı düşünür: “Çünki gözlənilir ki, məhz prezidentin seçilməsindən sonra Ermənistan hökumətində də bir sıra dəyişikliklər olsun. Paşinyana sadiq olan şəxsin prezident seçilməsi hazırkı iqtidar üçün ən məqbul variantdır. Digər namizədlər haqqında da söz demək istəyirəm, çünki ola bilsin ki, ən çox şansları olan A.Arutyunyandır. Ancaq baş nazirin ailəsinə məxsus “Harika Akşa Manaq” qəzetinin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının prezidentliyə namizədinin irəli sürülməsində hazırkı yüksək texnologiyalar naziri Vahaqn Xaçatryanın namizədliyi haqqında da müəyyən ehtimallar var. Ola bilsin ki, o Paşinyanın gizli namizədidir, burada digərlərinin də adları sadalanır. Amma Arayik Arutyunyanın prezident olma ehtimalı daha çoxdur. Gizli namizədlər haqqında da fikirlər irəli sürülür”.
Politoloq onu da bildirdi ki, “Qarabağ klanı”nında müəyyən formada Ermənistan parlamentində təmsil olunması və seçkilərin gedişinə təsir göstərməsi, onu deməyə əsas verir ki, ola bilsin ilkin səsvermədə prezident seçilməsin: “Çünki Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə prezidentin seçilməsi üçün mütləq səs çoxluğu yoxdur. İkinci turda isə çox rahatlıqla Paşinyan prezidenti parlamentdə qazandığı mandatlar sayəsində təyin edə bilər. Lakin prezidentin kimliyi bu gün böyük sual altındadır. Son günə qədər Paşinyan götür-qoy edir. Ermənistan mediasına da biz nəzər salanda müxtəlif namizədlərin bu posta layiq olması ilə bağlı təbliğat materiallarını, müxtəlif çıxışlarını görürük. Ancaq son sözü Nikol Paşinyan və onu təmsil etdiyi partiya deyəcək. Partiya daxilində də müxtəlif fikir ayrılığı var. Onların özü də hələ Nikol Paşinyanın namizədinin vahid şəkildə kim olması haqqında məlumatsızdılar. Son günə qədər onun kimliyi gizli saxlanılacaq. Amma indidən deyə bilərik ki, Arayik Arutyunyanın prezident seçilmə ehtimalları çox yüksəkdir. Çünki Ermənistan hökumətində artıq bu barədə çox geniş şəkildə danışırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB