Ermənistanda hələ də siyasi depressiya vəziyyəti davam edir - POLİTOLOQ MÖVQE BİLDİRDİ
“Ermənistanın xarici işlər naziri Silahlı Qüvvələrin yaranmasının 30 illiyi münasibəti ilə hərbi yerablur panteonunda jurnalistlərə müsahibəsində erməniləri reallıq hissinə qaytarmaq istiqamətində çıxış edib. Onun çıxışının əsas vurğusu bundan ibarət olub ki, reallığın gözünün içinə baxmaq lazımdır və açıq danışmaq gərəklidir, heç nəyi gizlətməmək lazımdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, eyni zamanda həm Vətən müharibəsindən öncə, həm də Vətən müharibəsinin gedişində Ermənistanım hərbi-siyasi rəsmiləri xalqa yalan danışırdılar və Müdafiə Nazirliyinin sözçüləri Şuşan Stepanyan, eləcə də Arçrun Ovannisyan davamlı olaraq xalqı aldadır və hərbi sahədə olan uğursuzluqları gizlətməyə çalışırdılar: “Erməni xalqı elə düşünürdü ki müharibədə qalib gəlirlər, zəfər qazanırlar. Lakin reallıqda Azərbaycanın müzəffər ordusu qarış-qarış torpaqları işğaldan azad edirdi. Bu gün də qalibiyyət sindromunu yaşayan I Qarabağ müharibəsinin reallıqları ilə hələ də beyinləri dolu olan erməni xalqını reallığa qaytarmaq lazımdır və geosiyasi reallıqlar haqqında geniş məlumat vermək və bu reallıqlarla barışmağın zamanıdır. Çünki, bölgədə tamamilə başqa bir proseslər gedir.
İqtisadi sahədə əlaqələrin bərpa olunması, nəqliyyat və kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı proseslərin getməsi fonunda ermənilərin hələ də revanşist ideyalara sadiq qalması, erməni ordusunun qüdrəti haqqında müxtəlif saxta və həqiqətə uyğun olmayan fikirlərin irəli sürülməsi tamamilə yolverilməzdir. Ermənistanda hələ də siyasi depressiya vəziyyəti davam edir, növbədənkənar parlament seçkilərinin keçirilməsinə baxmayaraq prezident istefa vermişdir və yeni prezident seçkilərinin bu yaxınlarda keçirilməsi gözlənilir və Ermənistanın xarici işlər naziri bunları bilərək xalqı oyatmağa və yalanla yaşamağı dayandırmağa çağırır. Düşünürəm ki, həqiqətən də Ermənistan cəmiyyəti oyanmalı və reallığın gözünə dik baxmalıdır və bu reallıqla uuzun müddət əbədi olaraq yaşayacaqlar. Qarabağın eləcə də Şərqi Zəngəzurun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını ermənilər kimi bütün dünya da bilir, qəbul edir və bu reallıq uzun müddət ərzində, əsrlər boyunca reallıq kimi qalacaqdır. Azərbaycan bu reallığın əsasında inkişaf edəcək, yeni hərbi-siyasi zəfərlər əldə edəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB