“Ermənistanda böhran daha da dərinləşəcək” AÇIQLAMA

“Ermənistanda böhran daha da dərinləşəcək” AÇIQLAMA

“Armen Sarkisya öz vəzifəsindən istefa verdikdən sonra, artıq Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri Ermənistanda yeni prezidentin kim olacağıdır. Nəzərə alsaq ki, Ermənistanda prezident baş nazirin təqdimatı əsasında parlamentdə seçilir. Nəzərə alsaq ki, sözügedən ölkədə son parlament seçkilərində Nikol Paşinyan öz mövqelərini qoruya bilmişdir və bu gün parlamentdə Paşinyanın səs çoxluğu mövcuddur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistanda Paşinyanın komandasının üzvlərindən təqdim ediləcəyi halda seçilmək ehtimalı daha çoxdur: “Əlbəttə, bu gün Ermənistanda həmin keçmiş xunta rejiminin rəhbərləri, o cümlədən radikal və revanşist ritorika ilə yaşayan digər müxalifət üzvləri çalışacaqlar ki, öz namizədlərini keçirsinlər. Bu baxımdan da, son zamanlar ən çox adı çəkilən məhz keçmiş xunta rejiminin rəhbərlərindən biri və Ermənistana prezident kimi rəhbərlik etmiş Koçaryanın adı hallanır. Onsuz da Ermənistanda siyasi ziddiyyət var idi, gərginlik mövcud idi və xüsusən keçmiş xunta rejimin rəhbərləri, “Qarabağ klanı”nın üzvləri bugünkü hakimiyyətə qarşı, yəni Nikol Paşinyan hakimiyyətinə qarşı çox sərt mövqedən çıxış edirlər. Düşünürəm ki, bu ziddiyyətlər indiki məqamda daha da dərinləşəcəkdir. Bu baxımdan da, Ermənistanda bu ərəfədə gərginlik daha da çoxalacaqdır. Belə olan halda, onsuzda Ermənistanda bir çox sahələrdə, yəni bütün sahələrində onsuzda böhran hökm sürür. Bir sözlə, Ermənistanda böhran daha da dərinləşəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə