“Növbəti prezident seçkilərinə qədər Ermənistanda siyasi atmosfer yenidən gərginləşəcək” AÇIQLAMA

“Növbəti prezident seçkilərinə qədər Ermənistanda siyasi atmosfer yenidən gərginləşəcək” AÇIQLAMA

“Ermənistanda artıq prezident Armen Sarkisyan istefa verib. Növbəti seçkilərlə bağlı Ermənistan çox gərgin bir siyasi proseslər mərhələsinə daxil olmaqdadır”. Bunu politoloq Anar Əliyevin “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sarkisyanın istefaya getməsində mövcud hakim komandanın və onun rəhbəri Paşinyanın çox böyük rolu var: “Məhz bu komanda tərəfindən edilən müxtəlif istiqamətli təzyiqlərin nəticəsi olaraq prezident demək olar ki, simvolik səlahiyyətlərə sahib idi. Bu baxımdan, prezident istefa vermək məcburiyyətində qaldı. Bu istefanın özündə də kifayət qədər qaranlıq məqamlar və gizli məqsədlər var. Amma eyni zamanda, hesab edirəm ki, burada başlıca məsələ Paşinyanın yaxın aylarda Azərbaycan və Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atacağı addımlara mane ola biləcək rəqiblərin, xüsusilə də, Armen Sarkisyan kimi güclü bir fiqurun sıradan çıxarılması hədəflənirdi. Paşinyan bu hədəfinə nail oldu. Təbii ki, mövcud vəziyyət revanşistlərin xüsusilə də, “Qarabağ klanı”nın və liderlərindən olan Koçaryanın və onun komandasının maraqlarına uyğun deyil. Sarkiyan daha çox Qərb yönümlü bir siyasət lider olsa da mövcud hakimiyyətdən daha çox Koçaryan və onun revanşist qruplaşmasına yaxınlığı ilə seçilirdi. Xüsusilə də, Paşinyanın həyata keçirdiyi bir sıra addımlarda daim ona problemlər yaratmağa çalışanları sıradan çıxarmağa çalışır. Revanşistlər aktiv fəaliyyətə keçiblər və onlar öz namizədləri ilə prezident statusunu, postunu ələ keçirməyə çalışırlar. Amma hesab edirəm ki, Paşinyan kifayət qədər hakimiyyətdə güclüdür, eyni zamanda, növbədənkənar keçirilən parlament seçkiləri ilə xalqdan, seçicilərdən də dəstək aldığını nümayiş etdirdi və bu mənada müharibədən sonrakı dövrdə ən güclü bir vaxtında Paşinyan prezident postunu rəqiblərinə, revanşistlərə güzəştə getmək istəməyəcək və çox böyük ehtimalla özünə yaxın bir şəxsin prezident seçilməsinə nail olacaqdır”.

A.Əliyev onu da bildirdi ki, növbəti prezident seçkilərinə qədər Ermənistanda siyasi atmosfer yenidən gərginləşəcək və bu Ermənistan daxili proseslərin alovlanmasına təkan olacaq: “Ermənistan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı və nəqliyyat-kommunikasiya xətlərinin xüsusilə də, “Zəngəzur dəhlizi”nin Ermənistan ərazisindən keçəcək hissəsi ilə bağlı Ermənistan tərəfindən görüləcək proseslərin, işlərin müəyyən dövr üçün yenidən arxa plana keçməsi və ləngiməsinə gətirib çıxara bilər. Ona görə, ermənilərin maraqlarına daha uyğun olanı proseslərin daha rahat şəkildə keçməsi və tezliklə prezident seçilməsi ilə yekunlaşmasıdır. Hesab edirəm ki, Ermənistan Konstitusiyasına görə, parlamentdə keçirilən prezident seçkilərində birinci turda 80 deputatın səsi tələb olunur, 79 səslə parlamentdə təmsil olunan Paşinyan çox böyük ehtimallanan əks tərəfdən bir necə deputatı ələ almaqla birinci turda özünə uyğun prezidentin seçilməsinə nail olacaqdır. Amma bütün hallarda bu, birinci turda baş verməyəcəksə, növbəti ikinci mərhələdə artıq 65 parlament üzvlərinin səsi kifayət edir ki, namizəd prezident seçilə bilsin. Bu, onu göstərir ki, ən pis halda ikinci turda Paşinyan öz namizədini prezident seçdirməklə bu proseslərin qarşısını almağa və növbəti mərhələlərdə həm ölkə daxilində həm ölkənin xarici siyasəti ilə bağlı həyata keçirəcəyi proseslərdə maniyə törədə biləcək bir şəxsi sıradan çıxarmaq və həmin posta özünə yaxın şəxsi seçdirməyə nail ola biləcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə