"3+3" formatı işlək platformaya və real əməkdaşlıq platformasına çevirilməkdədir - DEPUTAT MÖVQE BİLDİRDİ
"Hazırda regionumuz post-müharibə mərhələsinin yeni reallıqlarına uyğunlaşmaqdadır". Bunu SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu mərhələ digər çoxsaylı strateji məsələlərlə yanaşı regionumuzda iqtisadi inteqrasiyanı da aktual edir: "30 ildən çoxdur ki, istər Cənubi Qafqaz, istərsə də daha böyük coğrafiyada regionun iqtisadi əməkdaşlıq potensialının qarşılıqlı faydalı əsaslarda realizə olunması Ermənistanın işğalçılıq siyasəti üzündən baş tutmurdu .Yəni işğal faktı Rusiya,Türkiyə və İran kimi regionumuzun iqtisadi nəhənglərinin də əlaqələrinə kommunikativ baxımından ciddi əngəllər yaradırdı.
Hikmət Babaoğlu bu barədə fikirlərini belə izah edib: "Hazırda Azərbaycan tarixi zəfəri ilə işğal faktını aradan qaldıraraq əməkdaşlıq və uzunmüddətli sülh üçün yaxşı perspektivlər yaradıb. Belə platformalardan biri də "3+3" formatıdır ki, bu format artıq işlək platformaya və real əməkdaşlıq platformasına çevirilməkdədir. Birinci iş iclas baş tutub və əməkdaşlığın geniş spektri üzrə çoxsaylı məsələlər müzakirə edilib. Önümüzdəki mərhələdə daha geniş imkanlar üzrə daha real işlərin görülməsinin şahidi olacağıq. Bu prosesə təkan verən güc mərkəzi isə Azərbaycan-Türkiyə ittifaqıdır. Eyni zamanda Rusiya və İran da prosesdə həvəslə iştirak edirlər ki, bu da nəticə etibarilə "3+3" formatını daha cəlbedici və perspektivli edir. Zəngəzur dəhlizinin açılması ilə bu format tam potensialı ilə işə düşməklə regionumuzda ən böyük iqtisadi əməkdaşlıq platformasına çeviriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB