Tərəflər səylərini danışıqlara yönəldəcək - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Rusiya və Ukrayna arasında gərginliyin çox sərt şəkildə keçməsi təəssüf doğurur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Burada NATO-nun da, Amerika Birləşmiş Ştatlarının da rolu var. Yəni NATO və ABŞ bu gərginliyin bilavasitə iştirakçısıdır. Ancaq böyük müharibə nə Rusiya, nə ABŞ, nə də Ukrayna üçün arzuolunan deyil. Çünki bu müharibə həm Rusiya və Ukrayna, həm də Avropanın iqtisadiyyatına ciddi təsir göstərəcək. Həm də məlumdur ki, dünyanın pandemiya dövründə olmağı cəmiyyətlərin pandemiyadan çıxması, iqtisadiyyatın yenidən canlanması kimi aktual problemlər doğurmuşdur. Belə bir şərait yeni müharibəni, əlavə problemləri arzuolunmaz edir. Amma təəssüflər olsun ki, lokal çaxnaşmalar, yaxud lokal gərginlik yaşana bilər. Bunların da çox təhlükəli olduğunu qeyd etmək lazımdır. Ona görə də düşünürəm ki, yaxın müddətdə tərəflər səylərini hərbi vəziyyətə yox, danışıqlara yönəldəcəklər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə