Bir gün “İrəvanın mərkəzində partlayış olacaq” BELƏ DAVAM ETSƏ

“İnqilabçı” Nikol Paşinyan mütəmadi olaraq Zəngəzur Mis-Molibden Kombinatı kimi iri müəssisənin siyasiləşmiş struktur olmağa haqqı olmadığını deyir və bunun həm ictimai, həm də biznes maraqlarına zərər vurduğunu bildirir. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus “Past” qəzeti yazır.

Nəşrin yazdığına görə, boş qalan və ya bilərəkdən boş saxlanılan vəzifələr burada siyasi alver predmetinə çevrilib. İnsanlar yalnız “Mülki müqavilə” partiyasına daxil olduqda və ya partiyanın təbliğatını aparmaq şərti ilə işə götürülür və təbii olaraq, bu “şərtləri” təmin etməkdən imtina etdikdə işdən azad edilirlər. Zəngəzurdakı mənbələrin bildirdiyinə görə, bütün bunlarda vitse-qubernator Narek Babayan vasitəçi olub.

“Yeri gəlmişkən, çoxları təəccüblənir ki, bir tərəfdən Rusiya sülhməramlıları Ermənistanın sərhədlərinin hücumlardan təhlükəsizliyini təmin edir, digər tərəfdən isə bəzi rus “tacirlər” ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək üçün hər şeyi edirlər. Əldə edilən məlumata görə, bütün bunların fonunda onsuz da təhlükəsizlik problemlərindən əziyyət çəkənlərin bölgədə narazılığı artmağa başlayıb. Belə davam edərsə, bəlkə bir gün həqiqətən də İrəvanın mərkəzində partlayış olacaq”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...