Şuşadan bundan sonra biz ancaq yaxşı sədalar eşidəcəyik - DEPUTAT AÇIQLADI

"Şuşanın qaytarılması Azərbaycanın son yüzillik tarixinin ən möhtəşəm müjdəsidir desək, yanılmarıq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçımızın Ümummilli Lider Heydər Əliyevin məzarı önündə nümayiş etdirdiyi ehtiram, eyni zamanda ata vəsiyyətini yerinə yetirdiyini deməsi həqiqətən də Azərbaycanın həm də dövlətçilik prinsipinə sahib olduğunun böyük bir göstəricisi idi. Hörmətli Prezidentimizin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə həm xalqını təbrik etməsi, həm də 2022-ci ilin "Şuşa ili" elan edilməsi bizim dövlət başçımızın həm müdrikliyini, həm də uzaqgörənliyini özündə ehtiva edir. Belə bir qərar əslində Azərbaycan tarixinin mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanınması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu qərar bir daha təsdiq edir ki, tarixi ədalət bərpa olunub. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi olaraq yaşayacaq və əbədi olaraq məskunlaşacaqdır.

Mən düşünürəm ki, bizim Şuşamız daha da gözəlləşəcək. Mən Şuşada da olmuşam və həqiqətən də oranın bərpa olunması, gözəlləşdirilməsi yönündə bir çox işlər gedir. Şuşa Azərbaycandır, Şuşa bizimdir. Şuşadan bundan sonra biz ancaq yaxşı sədalar eşidəcəyik və bir çox mədəniyyət tədbirlərimizi də keçirəcəyik".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...