Onların hay-küyü milçək vızıltısına bənzəyir - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənilər böyük geosiyasi məkanda müəyyən güclərin əl alətinə çevirilib. Çünki ermənilər hər zaman kimlərinsə əlində bir vasitə rolunu oynamışdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, ermənilərin də qeyd etdiyi kimi, bu təxribatların hər birində erməni lobbisinin və regionda qarışıqlıq yaratmaq istəyən güclərin əli var: "Lakin Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun qarşısında onların yaratdığı hay-küy bir milçək vızıltısına bənzəyir. Azərbaycan ordusu bütün sərhədləri öz nəzarətinə götürmüşdü. 19-cu əsrin əvvəlində "Bəlkə də qaytardılar"adlı məşhur bir əsər yazılmışdı. Onlar da məhz bu ideya ilə yaşayırlar "Bəlkə də, qaytardılar". Ancaq bu torpaqlar əbədi olaraq Azərbaycanın əzəli torpaqları olaraq qalacaq. Erməni təxribatları əsrlər boyu davam edib və edəcək. Biz bu təxribatlara qarşı ayıq-sayıq olmalıyıq, öz içimizdəki satqınlara da bildirməliyik ki, onlarda sizi bir alət kimi istifadə edirlər. Ermənilər mina xəritələrinin müəyyən bir hissəsini qaytarsalar da, həmin xəritələrdə qeyri-dəqiqlik höküm sürür. Bu günlər də Fransanın prezident nümayəndəsi olan xanımın və qeyri-rəsmi olaraq Rusiya dumasının deputatlarının Qarabağa səfər etməsi təxribata hesablanmış işlərdi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...