20 Yanvar xalqımızın keçəcəyi yolun məhəl daşı olub - FOTOLAR

“1990-cı ilin 20 yanvarında baş verən, millətin Vətən sevgisinin real təcəssümü olan, gəncliyin bu sevgi yolunda ölümə belə gedə bildiyini göstərən o hadisələr həm də lidersiz millətin gücsüzlüyünü əyani şəkildə ortaya qoydu”. SİA-nın verdiyi məlumata görə, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 20 Yanvara həsr olunan "Qan yaddaşımızı unutmayaq" anım tədbirində deyib.

Həmin taleyüklü məqamlarda ümummilli lider Heydər Əliyevin təqiblərdən çəkinməyərək, Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gəlməsini, o zamankı İttifaq rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətdə ittiham etməsinin cəsarətli addım olduğunu bildirən Muxtar Nağıyev bununla Ulu Öndərin hər zaman xalqının yanında olduğunu bir daha göstərdi. "Sonralar Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyinə gələn ümummilli liderimiz 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsinə nail oldu"- deyən təşkilat sədri bu günkü Azərbaycanın 1 il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini 20 Yanvar şəhidlərinin güllələnmiş arzularının həyata keçməsi adlandırdı.

20 Yanvar hadisələri ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov məruzə etdi. 32 il əvvəl dinc vətəndaşlara qarşı edilənləri qəsdən törədilən cinayət adlandıran professor Xəqani Məmmədov Bakıda baş verənləri haqsız iddialar qaldıran erməni millətçilərinə mərkəzi hakimiyyətin dəstəyi kimi qiymətləndirdi.

Tədbirin sonunda iştirakçılar foyedə təşkil olunan 20 Yanvarla bağlı sərgi ilə tanış oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...