YAP Qusar rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrlərinin iclası keçirilib FOTOLAR

YAP Qusar rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrlərinin iclası keçirilib FOTOLAR

YAP Qusar rayon təşkilatı ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib. İclasda çıxış edən rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov partiyanın VII Qurultayından sonra qəbul edilmiş partiyanın Proqramı, Nizamnaməsi və digər hüquqi-normativ sənədlər haqqında məlumat vermiş, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydası müzakirə olunub. Sonra YAP Qusar rayon təşkilatının 2022-ci ilə dair iş planı müzakirə olunmuş və yeni ildə "Şuşa ili"nə və Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib. İclasda ərazi təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə