Sülhməramlıların gətirdiyi arqumentlər tamamilə yersizdir - POLİTOLOQ ŞƏRH ETDİ

Sülhməramlıların gətirdiyi arqumentlər tamamilə yersizdir - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Rusiya sülhməramlılarının fəaliyyətini tənqid etmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sülhməramlıların fəaliyyəti zamanı yol verdiyi bütün hərəkətlər, nöqsanlar Azərbaycan tərəfindən qeydə alınır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq İlyas Hüseynov qeyd edib ki, sülhməramlıların fəaliyyəti ilə yanaşı Laçın dəhlizində baş verən proseslərə yerdən və havadan nəzarət edilir və buna görə də Laçın dəhlizi ilə bağlı bütün fəaliyyət spektri rəsmi Bakının diqqətindədir: “Eyni zamanda bir sıra təxribatçı səfərlər həyata keçirilir. Fransada prezidentliyə namizəd xanım Valeri Pekresin Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlıların məsuliyyət zonasına daxil olması da onların yol verdiyi kobud nöqsanlardan biridir. Qurduqları postlarda sülhməramlıların məsuliyyət zonasına çox asanlıqla getmək mümkün olur. Lakin bu ərazini tərk edəndə müxtəlif problemlər ortaya çıxır. Avtomobil vasitələri və yük maşınları yoxlamaya cəlb olunur, sorğu-sual edilir. Sual olunur ki, niyə sülhməramlıların fəaliyyət zonasına daxil olan avtomobillər yoxlanılmır və onlardan hər hansı bir hesab soruşulmur. Lakin həmin ərazini tərk edəndə ciddi şəkildə yoxlanış həyata keçirilir, eyni zamanda burada bir sıra nöqsanlar kimi Ermənistan rəsmilərinin sülhməramlıların məsuliyyət zonasına daxil olmasını qeyd edə bilərik.

2021-ci ildə bu sahədə çoxsaylı səfərlər həyata keçirilmişdir və sülhməramlılar onun qarşısını almamışdılar. Sülhməramlıların gətirdiyi arqumentlər isə tamamilə yersizdir. Buna görə də sülhməramlılar öz fəaliyyətini ciddi şəkildə qurmalıdırlar. Digər tərəfdən beynəlxalq hüquqda sülhməramlılara dair göstərilmiş parametrlər üzrə fəaliyyət göstərməlidirlər. Sülhməramlıların mandatının müəyyən olunmaması da ciddi bir problemdir və buna görə də bu cür nöqsanlar və pozuntular qeydə alınır. Düşünürəm ki, 2022-ci ildə sülhməramlıların fəaliyyətinə dair genişmiqyaslı iş həyata keçiriləcək. Eyni zamanda burada Laçın dəhlizinə nəzarətlə bağlı yekun qərarlar qəbul olunacaq və sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanması bu işi daha da sürətləndirəcək”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə