Ermənistan tərəfindən törədilmiş cinayətlər dünya təcrübəsində görünməyib - ŞƏRH EDİLDİ

"Sözsüz ki, "Human Rights Watch" təşkilatının hesabatı tam qərəzlidir. Bəllidir ki, Ermənistan həm İkinci Qarabağ müharibəsi dövründə, həm buna qədər olan bir dövrdə dinc Azərbaycan sakinlərini atəşə tutub, onlara qarşı hərbi cinayətlər törədib". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, "Human Rights Watch" təşkilatı Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan torpaqlarında hansı vandallizmi, hansı cinayətləri törətdiyinə reaksiya nümayiş etdirməlidir: "Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılmış rayonlarında ermənilər daşı daş üstündə qoymayıb. Azərbaycana məxsus mədəni-tarixi abidələri məktəbləri, xəstəxanaları və digər obyektlər Ermənistan tərəfindən darmadağın edilib. Görəsən , "Human Rights Watch" təşkilatı bunların hesabatını aparsa, ortaya hansı mənzərə çıxmış olar? Təbii ki, "Human Rights Watch" təşkilatı həmişə olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir. Ermənistanda insan hüquqlarının pozulması, hakimiyyət-vətəndaş münasibətlərindəki dərin böhran, hakimiyyətin vətəndaşlarına, siyasi opponentlərə qarşı zaman-zaman həyata keçirdiyi represiyyalara "Human Rights Watch" təşkilatı tərəfindən heç vaxt obyektiv reaksiya nümayiş etdirilməyib. İndiki şəraitdə Ermənistanda Azərbaycan ilə müqayisədə daha çox məktəbin dağıdılması iddiası görünür ki, erməni təəssübkeşliyindən irəli gəlir. Bunun başqa bir izahı yoxdur. Ermənistan tərəfindən Azərbaycan xalqına, dinc vətəndaşlara, Azərbaycanın mülki infrastrukturlara qarşı törədilmiş cinayətlərin misli dünya təcrübəsində görünməyib. Bütün bunları görməzlikdən gələrək tam qərəzli bir hesabatın hazırlanması "Human Rights Watch" təşkilatının qərəzli bir təşkilat olaraq mahiyyəti ortaya qoymuş olur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...