Laçın dəhlizi başda olmaqla bütün qapılar üzlərinə bağlanacaq - BAŞ REDAKTOR MÖVQE BİLDİRDİ

“Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan bir ildən çoxdur ki, siyasi möhtəkirliklə məşğuldur. Paşinyan hakimiyyəti Laçın dəhlizini spekulyasiya mövzusuna çevirib. Ermənistan iqtidarının daxili auditoriyaya hesablanmış bəyanatları bu ölkənin necə çıxılmaz durumda olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Jurnalist qeyd edib ki, Xankəndi də, Laçın dəhlizi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Laçın dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də bunu sübut edir. Prezident məlum bəyanatı ilə təkcə Ermənistana deyil, həm də Kremlə mesaj verdi. Ermənilər tezliklə sülh sazişinə imza atmasalar, bu bəyanatın arxasında hansı məqamların dayandığını daha yaxşı anlayacaqlar. Putinin ayağına düşüb gecəyarısı yarıqaranlıq zirzəmidə kapitulyasiya aktına imza atdıqları kimi, indi də zəhmət çəkib Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədi imzalasınlar. Əks təqdirdə Laçın dəhlizi başda olmaqla bütün qapılar üzlərinə bağlanacaq”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə