Proseslərin sonu Ermənistan üçün yaxşı olmayacaq - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində bir daha Ermənistana növbəti ciddi xəbərdarlıq etdi. Azərbaycanın mövqeyi aydındır. Azərbaycan istəyir ki, regionda sülh və əmin-amanlıq yaransın və qonşu dövlətlər arasında münasibətlər normallaşsın". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, bu gün Ermənistan hələ də yekun sülh müqaviləsini imzalamağa hazır görünmür: "Bundan əlavə Ermənistanın həm hakimiyyəti, həm müxalifəti, həm də cəmiyyəti hələ də revanşist ruhdadır. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan öz məqsədinə çatmaq üçün bütün addımları atır. Ermənistanın tək bir yolu var. O da Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdır. Azərbaycan bunun üçün addımlar atır və Ermənistana əlini uzadır. Amma Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir. Cənab Prezident müsahibəsində qeyd etdi ki, Ermənistan bilməlidir ki, Azərbaycan ən kiçik təxribatın belə qarşısını çox qətiyyətlə alır və Ermənistanın yenidən təxribatlar törətməsinə imkan verməyəcək. Tovuz hadisələri də onu göstərdi ki, Ermənistanın bütün cəhdləri əbəsdir. Ermənistan yanlış yoldadır və öz siyasətini dəyişməlidir. Əgər, Ermənistan öz siyasətini dəyişməsə, Azərbaycan ilə birlikdə bölgədə sülhün təmin olunmasına töhfə verməyə çalışmasa, bu proseslərin sonu Ermənistan üçün yaxşı olmayacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...