Xəstə ideyanı onların beynindən çıxarmaq mümkün deyil - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənubi Qafqaz ermənilərin tarixi vətəni olmadığı üçün, onlar bura köçürüldükləri ilk gündən əvvəlcə məskunlaşdırıldıqları ərazinin demoqrafiyasını öz xeyirlərinə dəyişməyə başlayıblar, sonra da minillərdən bəri bu ərazilərin yerli xalqı olan azərbaycanlıların izini yox etməyə çalışıblar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, bunun ardınca onların saxta tarix konsepsiyası gəlib: “Dünyanın ilk insanı erməni olub, ermənicə danışıb, ermənicə ağlayıb, ermənicə gülüb, buna görə də dünyada hər yer erməninin vətənidir. Artıq bu xəstə ideyanı dünyadakı heç bir erməninin beynindən çıxarmaq mümkün deyil. Ermənilərin bütün vandalist hərəkətlərinə yol açan bu xəstə düşüncələridir. Bu xəstə düşüncə ilə də bütün yerli toponimləri dəyişiblər, bütün tarixi abidələri məhv ediblər. Biz bu mənzərəni işğaldan azad olunmuş ərazilərimizdəki mədəniyyət abidələrimizə münasibətdə də gördük.

Tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrimizə münasibət də fərqli deyil. Amma o abidələrin hamısı bizim milli dəyərlərimizdir və biz onların ermənilər tərəfindən vəhşicəsinə yox edilməsi ilə barışa bilmərik. Ona görə də mənim fikrim belədir ki, ermənilər tərəfindən məhv edilən bütün tarixi abidələrimiz mütəxəssislərimiz tərəfindən dərindən təhlil edilməli, onların milli, elmi, bəşəri, regional və ya yerli əhəmiyyəti dəyərləndirilməli və buna görə bərpa olunub-olunmamasına qərar verilməlidir. Milli və tarixi dəyəri, regional və bəşəri əhəmiyyəti olan bütün abidələr bərpa olunmalı, dərhal da turizm marşrutuna salınmalı, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına və erməni vandalizminin ifşasına xidmət etməlidir. Sırf yerli əhəmiyyətli tikililərin bərpasına ehtiyac yoxdur, onlar yeni layihələrlə əvəzlənəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...