Beynəlxalq təşkilatların Azərbaycana münasibəti daim birtərəfli olub - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti daim birtərəfli olub - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Uzun müddətdir ki, beynəlxalq təşkilatların ölkədə baş verənlərlə bağlı mövqeyi müzakirə olunan məsələlərdəndi. 3 tərəfli bəyanatdan və Azərbaycanın 44 günlük qələbəsindən sonra dünya birliyi və eyni zamanda beynəlxalq təşkilatlar yeni bir realığı qəbul etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə demək olar ki, Ermənistan tərəfi təklənmiş halda qaldı: “Lakin ümumi olaraq hər zaman müxtəlif beynəlxalq təşkilatlar fərqli mövzularla bağlı Azərbaycana qarşı bir tətəfli mövqeydə olublar. Bu istər demokratik məsələlərlə bağlı, istərsə də, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklər özünü kəskin şəkildə biruzə vermişdi. Bu gün bəzi beynəlxalq təşkilatlar 2li stansartlar aparır. Biz bütün bu illər illər ərzində bir daha buna şahid olduq ki, beynəlxalq təşkilatlar bizə nə qədər təziq göstərmək istəsələr də, Azərbaycan öz mövqeyi və siyasəti nəticəsində buna imkan verməyib. Ərazilərin minalanması, tarixi abidələrimizin dağıdılması və yaşayış yerlərimizə viran qoyulması və s. bu kimi hadisələrə müxtəlif dünya təşkilatlarının susması beynəlxalq sistemin böhranının xüsusiyyətidi. Təbii olaraq da, bunların hamısı beynəlxalq təşkilatların nüfuzuna ciddi şəkildə təsir göstərir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə