Ermənistan tərəfindən humanist addımın gözlənilməsi mənasızdır - HƏRBİ EKSPERT BİLDİRDİ

Ermənistan tərəfindən humanist addımın gözlənilməsi mənasızdır - HƏRBİ EKSPERT BİLDİRDİ

"Azərbaycanın Ermənistan tərəfindən mina xəritələrini tələb etməsi tamamilə beynəlxalq konvensiyanın formalarına uyğundur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə mina xərtələrinin verilməsi sivil dövlətə və cəmiyyətə məxsus bir davranışdır: "Lakin Xocalı soyqırımını törədən və bizim tarixi abidələrimizi, yaşayış yerlərimizi dağıdan bir dövlətdən bu humanist adımı gözləmək çox mənasızdı. Ermənistan tərəfinin bizə verdiyi xəritələrın üzərində müəyyən araşdırmalar aparılmışdır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, həmin xəritələrin yalnız 25%-i etibarlı mənbə ola bilər. Ermənistanın bizə verdiyi mina xəritələri ilə biz işləyə bilmirik. Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizin minadan təmizlənməsi işində bizə qardaş Türkiyənin mütəxəssis qrupları və Rusiyanın fövqalədə hallar nazirliyinin əməkdaşları yardım edir. Ümumiyyətlə minalı sahələrin təmizlənməsi çox bahalı və bir o qədər də çətin bir prosesdir. Mən deyərdim ki, həmin sahələrin minadan təmizlənmə xərci, minanın istehsal xərclərindən bahadı. Lakin bunlara baxmayaraq Azərbaycan tərəfi əraziləri minadan təmizləmək üçün uzaq məsafədən idarə olunan mina təmizləmə aparatı almışdı. Biz eyni zamanda bu məsələ ilə bağlı kurslar təşkil etmişik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə