Və ya Afina Egey dənizindəki sərhədlərini 12 dəniz mili artırmaq iddialarından əl çəkməzsə Ankara hansı addımlarını ata bilər?
Dünyada ən çox borcu olan ölkələr sırasında yer alan Yunanıstan bu yaxınlarda silahlanma ilə bağlı ambisioz cəhdi ilə yadda qaldı. Belə ki, Fransadan 18 Rafale qırıcı təyyarələri alan Afina 2021-ci ilin sentyabır ayının əvvəlində daha 6 qırıcı, üstəgəl 3 dəniz freqatı əldə edib. Yunanıstanın ötən ilki silahlanma cəhdləri bununla da baş çatmayıb. Məlum olub ki, ötən ilin dekabrında Yunanıstan ABŞ-dan 9,4 milyard dollar həcmində silah almaq istəyir və bu barədə müraciət edib.
Beləliklə, Afina 2019-cu illə müqayisədə 2021-ci ildə özünün müdafiə xərclərini 57% artırıb. Bəs böyük borclar içində çabalayan Yunanıstanın bu qədər müdafiə xərclərinə getməsinin məqsədi arxasında hansı maraqlar, məqsədlər dayanır? Təbii ki, qonşusu Türkiyə ilə böyük qarşıdurmaya hazırlaşmaq məqsədi. Belə ki, 2020-ci ildə Yunanıstanın Şərqi Aralıq dənizindəki uğursuzluqları bu ölkənin müdafiə xərclərini artırmağa motivasiya edib. Məsələnin dərin təfərrüatlarını bilməyənlər üçün xatırlada bilərik ki, həmin vaxt Afina Şərqi Aralıq dənizində Ankaranın atdığı ardıcıl uğurlu addımlarının qarşısını almağa müvəffəq ola bilməyib. Hətta Yunanıstan bu məsələdə başda Avropa İttifaqı olmaqla bütün platformalaından istifadə etməyə çalışsa belə Türkiyəyə qarşı nəhəng və mobilləşdirilmiş blok formalaşdıra bilmədi.
Yunanıstanın ABŞ-la hərbi əməkdaşlığının dərinləşdirilməsi Afinanın Parislə bağladığı alyansından daha tələb olunan kimi görünməkdədir
Sirr deyil ki, Yunanıstanın yeni qayğıkeşləri Fransa və ABŞ-dır. Bu alyans təşəbbüsübü Yunanıstan tərəfindən 2021-ci ildə irəli sürülmüşdü və belə görünür ki, yaxın vaxlarda sözügedən alyansın birgə fəaliyyətləri daha da dərinləşəcək. Bəs həmin təşəbbüslərdə daha hansı diqqətçəkici məqamlar mövcuddur? Qeyd edək ki, 2021-ci ilin 28 sentyabrında Yunanıstanla Fransa arasında həbri əməkdaşlıqların daha da dərinləşdirilməsi ilə bağlı razılaşma, daha dəqiq desək, hərbi pakt imzalandı. Bu paktla Afina BMT Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan Parisdən dəstək qazanmış oldu.
Lakin Yunanıstanın ABŞ-la hərbi əməkdaşlığının dərinləşdirilməsi Afinanın Parislə bağladığı alyansından daha tələb olunan kimi görünməkdədir. Və təbii ki, sözügedən prosesləriin sərhədləri yaxınlığında cərəyan etməsi Türkiyəni haqlı olaraq ciddi şəkildə narahat etməyə başlayıb.
Bu arada, qeyd etmək yerinə düşərdi ki, Yunanıstan ABŞ-n böyük strateji nəzər-nöqtəsində elə də həyati əhəmiyyət daşıyan vəziyyətdə deyil. Ancaq hər halda, fakt, fakt olaraq qalmaqdadır: ABŞ Yunanıstanla effektli əməkdaşlığını daha əvvəlki illərə nisbətən daha böyük çərçivədə qurur.
Yeni format əsasən Egey və Şərqi Aralıq dənizlərində regional ziddiyyətlərə gətirib-çıxaracaq
Bu kimi proseslərin proqnozunu düşünsək həm də belə bir nəticəyə gələ bilərik ki, yeni format əsasən Egey və Şərqi Aralıq dənizlərində regional ziddiyyətlərə gətirib-çıxaracaq. ABŞ-ın Yunanıstanla münasibətlərinin yeni dinamikasının əsas səbəbi isə Türkiyə ilə ABŞ arasında olan bəlli münasibətlərin mövcudluğudur. Birləşmiş Ştatlar Yunanıstanla Türkiyə arasında soyuq münasibətlər yarandığı zaman daha əvvəllər vasitəsçi, yaxud münaqişənin aradan qaldırılması istiqamətində tənzimləndiricisi rolunda oynayırdısa, artıq Vaşinqtonun da bu məsələdə yeni rol aldığını deyə bilərik. Artıq fakt budur ki, ABŞ Qara dənizdə və Şərqi Aralıq dənizində öz maraqlarını qoruması üçün Yunanıstana böyük yardımlar, dəstəklər göstərir.
Lakin situasiyanın ironiyası həm də bundadır ki, Afinaya hərbi dəstəklər dinamik şəkildə göstərilsə belə Yunanıstanın Qara dənizə çıxışı yoxdur. Şərqi Aralıq dənizindəki sahil xətti isə cəmi 200 kilometri təşkil edir. Nəticədə Türkiyə orta və unuzmüddətli əks ölçülər götürür - əlbəttə ki, xüsusilə müdafiə sənayesini inkişaf etdirməsi ilə. Yunanıstan özünün maksimalist hədəflərinin qiymətini bilmir, Türkiyə isə heç bir tərəddüd etmədən Yunanıstanın heç vaxt qəbul edilməyəcəyi ekspansionist iddialarına qaşrı mübarizəsini şüddətləndirəcək.
Əbəs deyil ki, Türkiyənin Müdafiə naziri Hülusi Kılıç yunan tərəfinə xəbərdarlıq edib ki, Türkiyınin marqlarına qarşı yanlış hesablamalar aparmasın və xüsusilə Egey dənizindəki sərhədlərini 12 dəniz mili (19,3 km) artırmaq iddialarından əl çəksin. Afinanın düşünməyə vaxtı var...
Rövşən RƏSULOV
P.S. Vxtilə Türkiyə 15 iyul dövlət çevrilişi olaylarınna baxmayaraq, Fərat Qalxanı adlı hərbi yürüş təşkil etdi və onda bir çoxları Ankaranın bu addımını Türkiyənin tənəzzülü ilə nəticələnəcəyini qiymətləndirmişdi. Lakin sonda məhz türk ordusu Fərat Qlxanı yürüşündə 4 min İŞİD terrorçusunu məhv etdi...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB