“Qazaxıstanda yaşanan hadisələrə beynəlxalq birlikdə yekdil mövqe yoxdur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Qazaxıstanda yaşanan hadisələrə beynəlxalq birlikdə yekdil mövqe yoxdur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Qazaxıstanda yaşanan hadisələrə hazırda beynəlxalq birlik tərəfindən yekdil mövqe və münasibət yoxdur. Qazaxıstan hakimiyyəti ölkədə sabitliyin pozulmasında maraqlı olan bəlli dairələrin məkrli niyyətlərinin realizə olunmasına yol verməmək üçün bu ölkəyə KTMT-nin məhdud hərbi kontingentinin yeridilməsi barədə qərar qəbul edilib”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, MDB-yə daxil olan bəlli dövlətlərin hərbi-siyasi ittifaqı olan bu blokda yarandığı vaxtdan, yəni 1992-ci ilin mayından Ermənistan da daxildir: “Hərbi blokun qüvvədə olan nizamnaməsinin 4-cü maddəsinə əsasən bu təşkilata üzv olan dövlətlərdən biri hərbi təcavüzə və ya terror hücumuna məruz qalacağı təqdirdə, həmin dövlətin rəsmi müraciəti olduqda ona dəstək olmaq bloka daxil olan dövlətlərin vəzifəsidir. Bu baxımdan, Ermənistanın da bloka üzv olan digər dövlətlər kimi Qazaxıstana məhdud sayda hərbi qüvvələrinin yeritməsi anlaşılan və izah ediləndir. Digər tərəfdən Ermənistan hazırda blokun fəaliyyətinə sədrlik edir, lakin o da məlumdur ki, Ermənistanın Qazaxıstana yeritdiyi 70 nəfərlik hərbi qüvvə ilə bu ölkədə sabitliyi bərpa etmək, tugyan etməkdə olan terror dalğasının qarşısını almaq mümkün deyil. Bununla bağlı rəsmi İrəvanın qəbul etdiyi qərar simvolik xarakter daşımaqla əslində kosmopolit təsir bağışlayır. Öz sərhədlərini qorumaq uçun Rusiyaya müraciət edən bu ölkənin kifayət qədər hərbi və maliyyə resurslarına malik olmadığı məlumdur. Digər tərəfdən Rusiyanın bölgədə forpostu sayılan bir "dövlətin" bu məsələdə müstəqil qərar qəbul etmək iqtidarında olmaması da şübhə doğurmur. Ən nəhayət Qazaxıstan ümumtürk dünyasının ayrılmaz bir hissəsi olduğundan Ermənistandakı bəlli millətçi dairələrin bununla bağlı türk birliyinə ismarıcı, 44 günlük savaşda məğlubiyyətin acısını çıxartmaq, qisas və revanşizm mövqe və istəklərini də görməmək mümkün deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə