Beynəlxalq Qırmızı Aypara Komitəsinin 35-ci sessiyasını keçirəcək

Beynəlxalq Qırmızı Aypara Komitəsinin 35-ci sessiyasını keçirəcək

Yanvarın 5-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Qırmızı Aypara Komitəsinin 35-ci sessiyasını keçirəcək. SİA İƏT Baş katibliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, sessiyada təbii fəlakətdən zərər çəkmiş bölgələrə, silahlı münaqişələr nəticəsində yaranmış humanitar fəlakət zonalarına, İƏT-ə üzv ölkələrdə məcburi köçkünlərə humanitar yardımların göstərilməsi, həmçinin qeyri-leqal miqrasiya ilə əlaqədar yeni layihələrin və proqramların həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

İƏT-ə üzv ölkələrin qırmızı aypara cəmiyyətlərinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə Beynəlxalq Qırmızı Aypara Komitəsinin hesabatı təqdim ediləcək, Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Beynəlxalq Qırmızı Aypara Komitəsinin mənzil-qərargahı Liviyanın Benqazi şəhərində yerləşir və İslam institutları tərəfindən maliyyələşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə