Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun “Paşinyan revanşist qüvvələrin hədəfində” başlıqlı məqaləsini təqdim edirik. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini ən yaxşı qavrayan, Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin Erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini görən ən praqmatik siyasətçi şübhəsiz Paşinyandır. O, 44 günlük müharibə dövrü Azərbaycan ordusunun gücünü, döyüş qabiliyyətini və Qərb ölkələrindəki bütün Erməni fəaliyyətləri, qavrayış formalaşdırma cəhdlərinə rəğmən Bakının necə ağıllı xarici siyasət kursu, həmlələrlə haqlı davasını müdafiyə edərək anti Azərbaycan bloku formalaşdırma cəhdlərini puç etdiyini də gördü.
Əlbəttə onun bölgədə qalıcı sülhün əldə edilməsinin şərtləriylə bağlı pozitiv qənaətlərə, realist bir cizgiyə gəlməsi də heç də asan olmamışdır. Azərbaycan Türk mədəniyyətinin beşiyi olan Şuşanın Cıdır düzündə çaxır içib yallı gedən, müxtəlif platformlarda beynəlxalq hüquq normalarını çeynəyərək Qarabağ Ermənistandır və nöqtə kimi şüarlar səsləndirməkdən yorulmayan Paşinyan iqtidarı 44 günlük müharibə zamanı Azərbaycandan yediyi zərbələrlə ayılmış ,mayası düşmənçiliklə yoğrulmuş, Ermənistandan daha çox bölgədə maraqları olan xarici güclərin işinə yarayan siyasəti davam etdirmənin erməni millətini daha böyük bir fəlakətə sürükləyəcəyini anlamağa başlamışdır.
Əvvəlki yazılarımızda da ifadə etdiyimiz kimi artıq Cənubi Qafqazda yeni geosiyasi güc balansı yaranmışdır. Azərbaycanla qardaşlıq ittifaqını dərinləşdirən Türkiyə bu bölgədə təsirini getdikcə artırmaqdadır. Qurulmaqda olan çox qütblü dünya nizamında Ermənistanın isə demoqrafik, hərbi və coğrafi baxımdan dünyanın aparıcı siyasi ölkələr üçün cəlbediciliyi, əhəmiyyəti getdikcə azalmaqdadır. Cənubi Qafqazda ermənilərin tarixi hamisi rolunu oynayan Rusiya belə yeni güc yüksəlişi və geosiyasi reallığı qəbul edərək Türkiyə-Azərbaycan-Pakistan ittifaqıyla daha yaxın əməkdaşlıq qurmağa, uzlaşma iqlimi yaratmağa çalışmaqdadır. Bu səbəblə də Paşinyan Ankara və Bakının uzatdığı barış əlinin Ermənistan üçün bir şans olduğunu görməkdə, Türkiyə ilə normal qonşuluq münasitlərini təsis etmək üçün zəmin hazırlamaqda, Azərbaycanla böyük sülh sazişi imzalamağa hazır olduğunu ifadə etməkdədir. Soçi və Brüssel görüşlərinin də bu yöndə müsbət bir mühit yaratdığı, Zəngəzur dəhlizinin açılmasıyla bağlı uzlaşma əldə edildiyi bəllidir.
Paşinyan Xankəndindəki separatçı Erməni qüvvələrinin reallıqlara uyğun olmayan iddialarının, Azərbaycanın ərazi bütövlüyü prinsipinə sayqısız yanaşmalarının Ermənistan-Azərbaycan arasındaki normallaşmanın da önündə ən böyük əngəl kimi durduğunu görərək Erməni xalqına bütün çılpaqlığıyla gerçəklikləri izah etməyə, onlara sülh dövrünün şərtlərini bildirməyə çalışmaqdadır. 24 dekabrdakı açıqlamasında özündən əvvəlki iqtidarların danışıqlar prosesində keçmiş Dağlıq Qarabağın statusunu Azərbaycanın tərkibində qəbul etdikləri yönündəki mövqelərini tənqid etməklə birlikdə 44 günlük müharibədə alınan məğlubiyyətdən sonra bu durumla razılaşmaqdan, heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri düzəltməkdən başqa alternativlərinin olmadığını da ifadə etmişdir. Bu açıqlamalar keçmiş prezident, Xocalı soyqırımının təşkilatçılarından Köçəryan başda olmaqla revanşist qüvvələr tərəfindən süngüylə qarşılanmaqda, Xankındindəki Erməni separatçılarının sözdə lideri A. Arutunyan da Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildirməkdə, elan etdikləri Artsaq adlı qondarma dövlətin varlığından bəhs etməkdədir. Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınıb açıqlamalarıyla Azərbaycanın qəzəbinə səbəb ola , ehtimal edilən anti terror əməliyyatının baş verməsini daha da sürətləndirən Araik Arutunyan Ermənistanın daxili siyasətinə və Moskvadakı bəzi dairələrin əlinə oynamağa davam etməkdədir. Köçəryan isə Türkiyə ilə normallaşmanın, sərhədlərin açılması və ticarətin canlandırılmasının Ermənistana bir fayda gətirməyəcəyini bəyan edərək düşmənçiliyi davam etdirmək, soyqırım yalanını yaymaqda israr etməkdən yana bir görüş bəyan etməkdədir. Yaxın keçmişdə keçirilən demokratik seçkilərdə Paşinyana məğlub olmalarına baxmayaraq revanşistlər yenidən Baş nazirin istefasını tələb etməkdə, Azərbaycanla sərhədlərin demarkasiya ve demilitasiyası prosesinin keçirilməsinə, qəti sülh sazişinin imzalanmasına qarşı çıxmaqdadır. Azərbaycan və Türkiyə ilə normallaşma və sülh müqaviləsi imzalama ehtimalı artdıqca Erməni siyasətinin də təziqi artmaqda, mübarizə daha antoqonist xarakter almaqdadır. Əlbəttə burada Ermənistan siyasətində ciddi təsir mexanizmlərinə sahib olan xarici güc və diaspora amili də önəmli bir faktor olaraq gözardı edilməməlidir. Ancaq Ermənistan daxilindəki siyasi proseslər hansı məcrada cərəyan edərsə etsin sülhün alternativi müharibədir və bu da Ermənistan dövləti üçün daha böyük məğlubiyyət və fəlakət anlamına gəlməkdədir. Çətin və ağrılı da olsa Erməni siyasətinin bütün tərəfləri, cəmiyyət həyatına yön verən qrublar Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü qəbul edərək normal qonşuluq münasibətləri təsis etmənin alternativinin olmadığını anlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



