Ermənistanın eks-müdafiə naziri şantaja əl atdı?

Ermənistanın eks-müdafiə naziri şantaja əl atdı?

Hraparak: “David Tonoyan Nikol Paşinyanı ifşa edəcək sensasiyalı bəyanat verəcək”

Vaxtilə Azərbaycana qarşı “Yeni müharibə, yeni ərazilər” işğalçı xarakterli bəyanatları ilə yadda qalan, 44 günlük müharibədə isə on min erməni əsgər və zabitlərinin fərariliklərinin qarşısını ala bilməyən, savaş meydanında yüzlərlə hərbi texnikaların, minlərlə silah və sursatların atılmasına səbəb olan Ermənistanın hazırda həbsdə olan eks-müdafiə naziri David Tonoyan bu dəfə onu korrupsiyada ittiham edərək həbsə atdıran baş nazir Nikol Paşinyanı ifşa edəcəyi ilə bağlı sensasiyalı bəyanat səsləndirib.

SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, sabiq nazirə qarşı qaldırılmış cinayət işinin ilkin istintaqı başa çatdırılıb və yanvar ayında məhkəməyə göndəriləcək. Bu yaxınlarda isə onun vəkilləri cinayət işinin xətm olunması ilə bağlı iddia qaldırıblar. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, həmin iddiaya rədd cavabı verilib və vəkillər bu məsələni prokurorluqda qaldırmaq qərarına gəliblər.

“Tonoyan vəkilləri vasitəsi ilə bəyan edib ki, əgər onun şikayəti təmin olunmazsa, o, bundan sonra susmayacaq və sensasiyalı ifşalarla çıxış edəcək”, deyə erməni nəşri yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə