Milli Məclis Prezident və xanımına təbrik məktubu göndərib - RƏSMİ

Milli Məclis Prezident və xanımına təbrik məktubu göndərib - RƏSMİ

Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilib. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin bu gün keçirilən 2021-ci ilin son plenar iclasında bildirib.

Spiker qarsıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezidenti və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edib və Prezidentə öz fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Deputatlar təbrik məktubunu alqışlarla qarşılayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə