"Bu əməkdaşlığı Azərbaycan uğurla davam etdirir" - DEPUTAT MÖVQE BİLDİRDİ
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Toplantının əsas mövzuları "Covid-19"la və bioloji təhlükələrlə birgə mübarizə, bununla yanaşı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı olub". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.
Deputat bu barədə fikirlərini belə izah edib: "Düşünürəm ki, Azərbaycan Prezidenti bu istiqamətdə, doğrudan da, bir-neçə işlərin müəllifi olub. Söhbət Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assembliyasının məhz "Covid-19"la birgə mübarizə şəraitində vaksinlərin ədalətli bölüşdürülməsi məsələsindən, Azərbaycanın bir sıra MDB ölkələrinə vaksin və tibbi ləvazimatlar istiqamətində verdiyi dəstəklərdən və 60 ölkəyə pandemiya ilə mübarizədə göstərdiyi çox böyük dəstəklərdən gedir. Təbii ki, MDB daxilində də bu istiqamətdə Azərbaycan həmişə əməkdaşlığa hazır olub. Bu əməkdaşlığı Azərbaycan uğurla davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB