“Moskva Bakı ilə İrəvanın münasibətlərin normallaşmasına töhfə verib”
“Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib”.
SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin əsas xarici siyasət nəticələri ilə bağlı icmalında qeyd edilib.
“O cümlədən, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib.
Dekabrın 10-da Moskvada “3+3″ formatında Məşvərət Regional Platformasının (Üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib”, – Rusiya XİN-nin məlumatında bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB