Rus politoloqlar: “Sülh porsesi üçün tərəflər üzərinə konkret vəzifələr götürməlidir” - RƏYLƏR
"Rusiya Sankt-Peterburqda keçiriləcək üçtərəfli sammitdə Qarabağ nizamlanmasında son sözün onda qaldığını bir daha təsdiq edəcək"
Xəbər verdiyimiz kimi, bu gün Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, Dövlət başçıları bu toplantıda Birlikdəki həmkarları ilə ilin yekunlarını müzakirə edəcək. Ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin demarkasiyada iştirak etmək istəyini və bunun Rusiya tərəfinin Soçi sammitində bu cür vasitəçiliyi elan etməsi ilə necə əlaqəli olduğunu şərh edərək, noyabr razılaşmasından çıxış etdiklərini bildirib. Tərəflərin xahişi ilə Rusiya Federasiyasının məşvərətçi yardımı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin sonra demarkasiyası ilə delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına yol açdılar. “Biz ikitərəfli münasibətlərin normallaşdırılmasına yönəlmiş beynəlxalq səyləri alqışlayırıq. Burada əsas məsələ regional reallıqları, Bakı və İrəvanın razılığını nəzərə almaqdır”,- bəyanatda deyilir.
Bunun fonunda “Moskva-Baku” portalına müsahibə verən ekspertlər bildiriblər ki, narahat Qərbin açıq-aşkar fəallığından sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün keçirilməsi Moskvanın əsas vasitəçi təşəbbüsünü əldə saxlamasını göstərir. Belə bir görüş, xüsusən də, orada Soçi razılaşmalarının icrasının nəticələri elan olunarsa, digər məsələlərlə yanaşı, bu informasiya müharibəsində Qərbə lazımi cavab olacaq, həm də Rusiya diplomatiyasının bu sahədə uğurlarını möhkəmləndirəcək. Bu, Moskva üçün strateji və psixoloji baxımdan vacibdir.
Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov:
- Düşünürəm ki, belə bir görüşün zəruri olmasının ən mühüm səbəbi həm Soçidə, həm də Brüsseldə deyilənlərin hamısını bir daha təsdiqləməkdir. Təkcə delimitasiya, demarkasiya, nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasından durmadan danışmaq yox, həm də Azərbaycan və Ermənistanın bu prosesə nədən və hardan başlamasını nəzərdə tutmaq lazımdır. Şərti desək, yanvarın 10-da delimitasiya komissiyası yaradılır, 25-də ora gedir və s. Müəyyən edilməlidir ki, Rusiya filan, Azərbaycanın filan, Ermənistanın filan işləri həyata keçirməlidir. İndi vacib olan budur. Əks halda, biz yenə də nəzəri müzakirələrə qarışacağıq. Biz prosesə başlamalıyıq, çünki hələlik bəyanatlar səviyyəsindəyik. Bu da, prinsipcə, bir qədər yaxşıdır, mən Brüsseldə baş verənləri alqışlayıram. Çünki məncə, Brüssel Bakı və İrəvanın ikinci məsuliyyətidir. Bir məsuliyyət Moskvanın, digəri isə real prosesin başlaması üçün Brüsselin üzərinə düşür.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski:
- Rusiya Zaqafqaziyada sülh yolu ilə nizamlanması üçün əsas vasitəçilərdən biri olub və belə də qalır. Bu, həm coğrafi faktorlarla, həm də regionda baş verənlərə baxışların ümumiliyi ilə bağlıdır.
Biz heç bir dövlətin olmadığı kimi Cənubi Qafqazda vəziyyətin stabilləşməsində maraqlıyıq. Rusiya hələ də ATƏT-in Minsk Qrupunda da əsas rol oynayır.
Biz qalan problemlərin diplomatik yolla həllinin tərəfdarıyıq. Və bütün formatlar bunun üçün yaxşıdır, əgər işləyirlərsə və nəticə verirlərsə.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB