Azərbaycan öz mədəni imkanlarına söykənən dövlət quruculuğu ilə məşğuldur - ŞƏRH EDİLDİ
“Cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə quruculuq işlərini daim ciddi nəzarət altında saxlayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərin bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün işlərin görülməsi ilə bağlı dövlət tərəfindən xüsusi bir sistem yaradılıb: “Cənab Prezident özü şəxsən vaxtaşırı ayrı-ayrı bölgələrə səfər edərək burada görülən quruculuq işləri ilə birbaşa tanış olur. Bu görülən işlərin içərisində işğaldan azad olunan torpaqlarda hərbi infrastrukturunun yaradılması olduqca vacib bir məsələdir. Bu istiqamətdə Ermənistan ilə sərhədboyu hərbi hissələrin yaradılması, onların ən yüksək tələblər səviyyəsində qurulması cənab Prezidentin diqqətində olan bir məsələdir. Prezidentin Hadruta səfəri zamanı oradakı hərbi hissənin açılışını etməsi, yeni tipli komando hərbi hissəsinin fəaliyyətə başlaması cənab Prezidentin bütün bu məsələləri diqqət mərkəzində saxladığını göstərir. Onun Hadrutdakı hərbi hissənin açılışı zamanı etdiyi çıxışda bir daha torpaqlarımıza sahibliyin vacibliyi vurğulandı. Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlara malik olduğunu göstərildi və Ermənistanın revanşist qüvvələri ciddi xəbərdarlıq edildi”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 44 günlük müharibə və Azərbaycanın işğaldan azad olunan ərazilərdə hərbi infrastrukturun yaradılması Ermənistanın qisasçı qüvvələri üçün çox ciddi xəbərdarlıq oldu: “Cənab Prezidentin öz yubileyini Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi işğaldan azad olunan torpaqlarla bağlı çox böyük planların olduğunu və bu planların mərhələ-mərhələ həyata keçdiyini göstərir. Azərbaycan özünün tarixi, mədəniyyəti, müasir dövlət quruculuğu ilə bu gün dünyada tanınır. Bütün bu fəaliyyətə möhtərəm cənab Prezident rəhbərlik edir. Prezidentin növbəti iki regiona səfəri bir daha göstərdi ki, Azərbaycan güclü, müasir, öz mədəni imkanlarına söykənən dövlət quruculuğu ilə məşğuldur. Vətəndaşlarımızın öz mədəniyyətinə, incəsənətinə sahib olması aparılan siyasətin tərkib hissəsidir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB