Paşinyan suala cavab verməkdən imtina edib SİLAHLARIN ALINMASI İLƏ BAĞLI
Sputnik Ermənistanın müxbiri baş nazir Nikol Paşinyandan son bir il ərzində orduda nələrə nail olunduğu barədə soruşub. Ermənistanın baş naziri Paşinyan Sputnik Ermənistanın müxbirinin ordu üçün silah alınması ilə bağlı sualını da cavablandırmaqdan imtina edib. SİA Ermənistanın mətbut səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə onlayn mətbuat konfransı zamanı Paşinyan suala cavab verməkdən boyun qaçırıb.
“Mən öz səhvlərimi və keçmişdəki səhvlərimizi təkrarlamayacağam. Mən silahlı qüvvələrlə bağlı hər hansı məsələni açıq şəkildə müzakirə etməkdən imtina edirəm”, deyə Paşinyan bildirib.
Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi ordunun yenidən təşkili və islahatı, müasir texnika və silahlarla təchiz edilməsi prosesi barədə dəfələrlə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB