Həmrəylik Günü bizim kimliyimizin növbəti uğurlu nümunəsidir - ŞƏRH EDİLDİ
"Dünya azərbaycanlılarının Həmrəylik Günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş milli bayramdır. Bu bayram Azərbaycan xalqının birliyinin, tarixinin, mədəniyyətinin, dəyərlərinin xalqımızın hər bir nümayəndəsi üçün çox əziz olduğunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk dövründə Ulu Öndərin belə bir təşəbbüslə çıxış etməsi və bunun üçün 31 dekabrın seçilməsi Ulu Öndərin xalqımızın həmrəyliyinə necə böyük əhəmiyyət verdiyini bir daha göstərmiş oldu: "Ötən 30 il ərzində bu bayram hər bir azərbaycanlı üçün çox əziz bir bayrama çevrilib. Hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq bu bayramda azərbaycanlı olması ilə, Azərbaycan xalqının çox zəngin dəyərlərinin daşıyıcısı olması ilə fəxarət hissi duyur. Bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan xalqı daha yekdildir. Bu gün biz həmrəylik nümayiş etdirməklə yanaşı, eyni zamanda Ulu Öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini də qeyd edirik. Burada cənab Prezidentin uğurlu fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ərazi bütövlüyümüzün təmin edilməsi, beynəlxalq birlikdə nüfuzumuzun artması, hər bir vətəndaşın qayğılarının dövlətin diqqət mərkəzində olmasının bir daha şahidi oluruq. Həmrəylik Günü bizim kimliyimizin növbəti uğurlu nümunəsidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB