Ermənistanın xəritə adı ilə verdiyi kağız parçaları həqiqətdən uzaqdır - MÜNASİBƏT BİLDİRİLDİ

Ermənistanın xəritə adı ilə verdiyi kağız parçaları həqiqətdən uzaqdır - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın Azərbaycana xəritə adı ilə verdiyi kağız parçaları həqiqətdən çox uzaqdır və dəfələrlə ölkə başçısı qeyd edib ki, bu xəritələrin həqiqilik səviyyəsi 25 faizi keçmir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Ermənistan necəki əvvəlki illərdə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmırdısa, o cümlədən də xəritələrlə bağlı məsələdə də məsuliyyətsiz hərəkət edir: “Ermənistan növbəti dəfə öz cinayətlərini davam etdirir. Çünki 200-dən artıq vətəndaşlarımız məhz Ermənistan tərəfinin basdırdığı minalar səbəbindən öz həyatından olub. Ona görə də biz öz işimizi özümüz yerinə yetirməliyik. Həm Müdafiə Nazirliyi, həm Fövqəladə Hallar Nazirliyi, həm ANAMA, həm də digər qurumlar bu işləri professional şəkildə həyata keçirməyə çalışırlar. Sözsüz ki, bu işin tempinə təsir göstərir, ona görə də verilən xəritələr həqiqi olsaydı qısa bir müddətdə xeyli iş görə bilərdik. Amma təssüflər olsun ki, xəritələr həqiqətə uyğun deyil. Həmçinin bu minaaxtaranların öz həyatları üçün təhlükə yaradır. Mina xəritələri dəqiq olmadığı üçün bir günlük iş 3-4 günə qədər vaxt aparır. Hətta bəzən olur ki, minalardan təmizlənmiş ərazilərdə sonradan partlayış baş verir. Bunlar hamısı labüddür.

Hesab edirəm ki, Ermənistan bu məsələyə görə də cavab verməlidir. 44 günlük Vətən müharibəsindən sonra onların bilavasitə borcu idi ki, mina xəritələrini təqdim etsinlər. Amma təəssüf ki, Ermənistanın beynəlxalq hüquqi anlayışı yoxdur və olmayacaq da. Həmçinin qeyd etmək istərdim ki, ATƏT-in Minsk qrupu da onlara heç bir xəbərdarlıq etmədilər. Ona görə də bu məsələ belə uzandı. Bir neçə gün sonra artıq yeni təqvim ilinə keçid edəcəyik və vətəndaşların bir qismi həmin ərazilərə yerləşdirilməli idi. Amma həmin ərazilər minadan tam təmizlənmədiyi üçün təssüf ki, bu proses gecikir. Zaman-zaman bu məsələni ictimai qurumların diqqətinə çatdırmalıyıq ki, Ermənistan həm humanitar sahədə, həm də hərbi sahədə cinayət əməllərini davam etdirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə