Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin fəaliyyətinə dair “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirildi. Dövlət Himninin səslənməsi ilə başlanan konfransı Kollecin direktoru, dosent Ruslan Həmidov açaraq bildirdi ki, Ulu Öndər adını tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi, Cənab İlham Əliyev isə onun siyasətinin layiqli davamçısı, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan və 30 il işğal altında olan vətən torpaqların xilaskarı kimi yazdı. Ulu öndər Heydər Əliyevin düzgün müəyyən etdiyi siyasətini son 18 ildə Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin əzəməti, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qazanılan zəfər xalqımızın bir daha yenilməz, məğrur xalq olduğunu bütün dünyaya göstərdi.Məruzə ətrafında çıxışlar oldu. “Tarix və ictimai elmlər” fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev dedi:- Tarixi qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradından bir il ötür. Özündə bütün məqamları ehtiva edən parad Vətən müharibəsində hərbi-siyasi qələbəmizlə yanaşı, Azərbaycan–Türkiyə dostluğunun, qardaşlığının sarsılmaz birliyini dünyaya çatdırdı . Müharibənin ilk günündən Azərbaycanın yanında olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevə siyasi–mənəvi dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da ölkəmizin yanında yer alaraq bu fikri xüsusi vurğuladı. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri görülür, torpaq həsrətli insanların Böyük qayıdışı reallaşır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə aparılır. Elə bunun sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan Vətən müharibəsində Zəfər çaldı. Bu Zəfər Heydər Əliyev siyasətinin Zəfəridir.
Kollecin IV kurs tələbəsi, TGT sədri Enarə Miriyevanın çıxışı da tədbir iştirakçıların tərəfindən maraqla dinləndi: “Cənab İlham Əliyev fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir”. Tədbirin sonda Kollecin əməkdaşlarına YAP vəsiqələri təqdim edildi, ölkə başçısı İlham Əliyevin siyasi fəaliyyətinin 18 ilinə həsr olunmuş video rolik nümayiş olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB