"İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" FOTOLAR

"İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" FOTOLAR

YAP Qusar rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində "İlham Əliyev-davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirib. Konfransda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov açaraq, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı layihələrdən söz açıb.

Konfransda "Yeni dövrün yeni Lideri" mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, ordu quruculuğu, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində fəaliyyəti və 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərlə bağlı fikirlərini bölüşüb. Tədbirdə rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova "İlham Əliyev: Zəfər və qəhrəmanlıq simvolu", şəhid atası Qahir Zamanov "Şəhid ailələri və qazilərə qayğı İlham Əliyevin fəaliyyətinin əsas prioritetidir", fəal gənc, gənclər birliyinin üzvü Vadim Fərzəliyev "İlham Əliyev-gəncliyin hamayədarı" mövzusunda çıxış edib.

Konfransın sonunda videoçarx nümayiş olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə