Moskvada Putinin illik böyük mətbuat konfransı keçirilir - VİDEO
Rusiya prezidenti Vladimir Putin ənənvi illik böyük mətbuat konfransı davam edir. Bu formatda o, 17-ci dəfə jurnalistlərlə ünsiyyət qurur. Putinə verilən bəzi sualları və prezidentin cavablarından ixtisarla təqdim edirik.
İlk sual koronavirus pandemiyasının Rusiya iqtisadiyyatına necə təsir etdiyi haqda olub. Putin cavabında maraqlı faktlara toxunub:
-Pandemiyanın çətinlikləri ilə üzləşən Rusiya iqtisadiyyatının dünyanın bir çox digər ölkələrindən daha çox şoklara hazır olduğu ortaya çıxdı.
-Rusiyanın xarici borcu dünyada ən aşağı səviyyəyə düşüb.
-Rusiya Federasiyasında ilin sonunda inflyasiyanın 8% olacağı gözlənilir.
-Pandemiya kontekstində hakimiyyət iqtisadiyyatın zərər çəkmiş sahələrini dəstəkləmək üçün iş apararkən, həm də iş yerlərini qoruyub saxlamağa və əhalinin həssas qruplarını dəstəkləməyə yönəldi - məsələn, azyaşlı uşaqları olan ailələrə yardımlar artırıldı. Ötən il dəstəyin məbləği birbaşa və ya biznes vasitəsilə 4,5 trilyon rubl təşkil edib.
Peyvəndləmə ilə bağlı suala cavabında Putin Rusiyada peyvəndləmənin səviyyəsini qeyri-kafi adlandırıb:
-İndi peyvənd əmsalı 59,4% təşkil edir ki, bu da çox aşağıdır. Rusiyaya 80% kollektiv immunitet lazımdır, ümid edirəm ki, gələn ilin 2-ci rübündə buna nail olacağıq.
-COVID-19-dan ölüm sayını hesablamaq çətindir, lakin bu, nəyisə gizlətmək cəhdlərinə görə deyil. Bu, bu yeni virusun mutasiya qabiliyyətindən qaynaqlanır.
-Səhiyyə sistemlərində problemlər olan yerdə yeni ştamlar yaranır. Ona görə də mən vaksinlərin qarşılıqlı tanınması və paylanmasının zəruriliyindən danışıram. Biz bunu edəcəyik. Əks halda, qlobal miqyasda bu problemin öhdəsindən gələ bilməyəcəyik.
-Kollektiv immunitet aşağıdır və ölümlərin çoxu bunun nəticəsidir. Xəstələnənlərin yalnız 1 faizi təkrar xəstələnir. Peyvənd olunanlardan isə 3-4 faizi.
ABŞ və Çinlə münasibətlərə aid suala cavabında Putin bildirib:
-Ümid edirəm ki, ABŞ və NATO ilə danışıqlarda vəziyyətin inkişafı konstruktiv yolla gedəcək.
-Biz daim Çin Xalq Respublikasının sədrinə dost kimi müraciət edirik. Həqiqətən, bizdə çox etibarlı şəxsi münasibətlər yaranıb və bud a bu işlərdə çox kömək olur.
- İqtisadi sahədə: Asiya sürətlə inkişaf edir, Çin şəksiz liderdir. Təbii ki, biz bu plan çərçivəsində əlaqələri inkişaf etdiririk. Artıq 100 milyarddan çox dövriyyəmiz var. Biz müxtəlif istiqamətlərdə işləyirik, enerji sektorunda, karbon neytrallığına nail olmaq üçün öhdəlik götürmüşük, Çinə əməkdaşlıq üçün hər cür imkan veririk, nüvə enerjisində, kosmosda işlər davam edir. Biz təbii olaraq insanları birləşdirən humanitar sahədə də işləyirik.
-Moskva və Pekin birgə yüksək texnologiyalı silahlar hazırlayır, təyyarələr və vertolyotlar hazırlayır, birgə təlimlər və patrullar keçirir. Bu, tarixdə görünməmiş tamamilə hərtərəfli tərəfdaşlıqdır.
Rusiya prezidenti demoqrafik vəziyyətlə bağlı da maraqlı məqamlara toxunub:
- Anam və atamın xəttində doqquz-on uşaq olub, demək olar ki, hamısı Böyük Vətən Müharibəsi zamanı həlak olub.
-Ölkənin tarixində iki ciddi demoqrafik problem olub, biri müharibə vaxtı, ikincisi SSRİ-nin dağılmasından sonra baş verib.
-2004 və 2004-cü illərdə doğuşların sayı artmağa başladı və bu, planlaşdırma üfüqünün genişlənməsi ilə bağlıdır. Körpə böyütmək ciddi məsələdir, ona görə də pandemiya dövründə bizim bütün hərəkətlərimiz uşaqlı ailələrə yönəlib.
-Bizim vəzifəmiz analıq və uşaqlıq üçün bütün dəstək zəncirini qurmaqdır- doğumdan məzun olana qədər. Hər addımda dəstək tədbirləri görəcəyik, il yarıma bu proqramın hazırlanmasını başa çatdıracağıq. Ümid edirik ki, bu, müsbət rol oynayacaq.
- Bütün sənayeləşmiş ölkələrdə demoqrafik problem var, Avropa ölkələrinə baxın- hər yerdə eynidir. İnsanların, o cümlədən analıq yaşında olan qadınların həyatında prioritetlər dəyişir: əvvəlcə karyera, sonra uşaq.
-Mənəvi komponentə gəlincə, burada haqlısınız. Karyera və rifah vacibdir, amma xoşbəxtliyin, atalıq və analıq sevincinin daha yüksək olduğunu dərk etmək insanların şüurunda yavaş-yavaş, sakit, kənardan təlqin etmədən kök salmalıdır. Böyük və mehriban ailənin bütün müsbət cəhətlərini göstərmək, uşaq sahibi olmağın nə xoşbəxtlik olduğunu göstərmək lazımdır. Bunu istedadlı, incə, incəsənət xadimlərinin və ictimai təşkilatların köməyi ilə etmək lazımdır.
Tərcümə - Elçin Bayramlı
Mətbuat konfransına buradan baxa bilərsiniz
https://www.youtube.com/watch?v=VQOXZtFQRIQ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB