YAP Sabunçu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib FOTOLAR

23.12.2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu rayon icra hakimiyyətinin I müavini Güloğlan Əliyev və Sabunçu rayon icra hakimiyyətinin müavini Rəna Fərəcova iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin 18 ildə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi-siyasi və hərbi gücünün artmasını, xalq-iqtidar birliyinin vəhdət təşkil etməsini, Vətən sevgisinin böyüklüyü fonunda möhtəşəm Qələbəyə imza atılmasını xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Cənab İlham Əliyevin sədrliyi ilə həyata keçirdiyi məqsədyönlü siyasətlə ölkəmizdə milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi, tapşırıqları ilə görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın simasını dəyişib, regionun qüdrətli ölkəsinə çevirib. Ümummilli lider Heydər Əliyevin siyasi kusunun davamçısı kimi İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətli inkişafa qovuşdurub. Ölkədə, o cümlədən yenicə işğaldan azad olunan torpaqlarımızda bütün sahələri əhatə edən inkişaf dinamik xarakter alıb.

Daha sonra çıxış edənlərdən Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon ərazi partiya təşkilat sədrləri Dilarə Cəbrayılova, Azər Ələkbərov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov çıxış edərək, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etdilər. Şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayaraq bildirdilər ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə